Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ciddi qiymət artımı müşahidə olunmur – Deputat

Bu ilin əvvəlindən minimum əməkhaqqının iki dəfə, maaş və pensiyaların əhəmiyyətli dərəcədə, ümumilikdə əhalinin gəlirlərinin artımına baxmayaraq, Azərbaycanda istehlak mallarının və xidmətlərinin, ən əsası isə ərzaq mallarının qiymətində ciddi artım yoxdur

PİA.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu, ilk növbədə dövlətin qiymət artımı ilə bağlı məsələləri ciddi nəzarətdə saxlaması, süni qiymət artımına dair tədbirlər görməsi ilə bağlıdır:

“Kənd təsərrüfatının, onunla bağlı olaraq infrastrukturun inkişafına hərtərəfli dəstək var. Görülən tədbirlər nəticəsində idxal-ixrac sistemi təkmilləşdirilir, manatın kursu sabitdir və möhkəmlənməyə doğru gedir, qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanılır”.

A.Mirzəzadə hesab edir ki, sentyabrın 1-dən etibarən maaşların, oktyabr ayından pensiyaların baza hissəsinin artırılması insanların maddi rifah halını daha da yaxşılaşdıracaq.

Qeyd edək ki, son vaxtlar Azərbaycanın istehlak bazarında guya qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddialar səsləndirilir. Halbuki, ölkədə süni qiymət artımına qarşı sərt tədbirlər görülür. Prezident İlham Əliyev süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alındığı və səbəbkarların cəzalandırıldığı barədə dəfələrlə fikirlərini bildirib və göstərişlər verib. Digər tərəfdən qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də var. Bu, ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Məsələn, texnoloji avadanlıqların, gübrələrin qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay