Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyənin Suriyada əməliyyatlara başlamaq istəyindən narahatdır

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib

Rəsmi Vaşinqton Türkiyənin Suriya ərazisində, Fərat çayının şərqində hərbi əməliyyatlar aparmaq niyyətindən narahatdır və bunu qəbuledilməz hesab edir.

Suriyanın şimal-şərqində, əsasən də ABŞ hərbi qulluqçularının yaxınlıqda yerli suriyalı tərəfdaşları ilə birgə İŞİD-ə qarşı döyüşdüyü müddətdə bu cür birtərəfli hərbi əməliyyatlar ciddi narahatlıq doğurur. Biz bunun kimi istənilən addımları qəbuledilməz hesab edirik və belə olan halda Türkiyəni bir daha bizimlə birlikdə hərəkət etməyə çağırırıq”, - deyə Ortequs bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ təhlükəsiz zona ilə bağlı Türkiyə ilə intensiv müzakirələri davam etdirir.

“Biz bu danışıqların sərhəd zonasında təhlükəsizliyin təmin edilməsində yeganə yol olduğunu düşünürük. Türkiyənin istənilən razılaşdırılmamış hərbi əməliyyatları bu ümumi marağı pozur”, - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, rəsmi Ankara bununla bağlı RusiyaABŞ-ı xəbərdar edib. Adıçəkilən əməliyyatın başlayacağı müddətlə bağlı türkiyəli prezident heç bir söz əlavə etməyib. Fərat çayının şərq sahillərinə hazırda ABŞ-ın dəstəklədiyi PKK kürdləri nəzarət edir.(APA)

pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ən çox oxunanalar