Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“S-400” – Rusiya ilə münasibətlərdə son nöqtə: Türkiyə niyə geri çəkilə bilməz?

Aydınlık (Türkiyə), 07.06.2019

Maltəpə universitetinin müəllimi, beynəlxalq münasibətlər sahəsində ekspert, professor, doktor Həsən Ünal “Aydınlık”la söhbətdə Türkiyənin S-400 alqısı ətrafındakı mübahisələri şərh edib. Ünal qeyd edib ki, naməlum qaynaqlara istinadən birinci növbədə xarici KİV-lərdə dərc edilən məlumatlar vasitəsilə psixoloji savaş aparılır, bununla yanaşı, Türkiyə S-400 alqısından əl çəkməyəcək.

Ekspert hesab edir: “Problemin özü indi ABŞ-la münasibətlərdə yaşadığımız S-400 böhranı deyil, mövcud problemlərin nəticəsidir”.

Həsən Ünal hesab etmir ki, Türkiyə S-400 alqısı məsələsində geri çəkiləcək. “Xarici işlər nazirliyində bu ruhda bəyanatlar verirlər, – o deyib. – Rusiyadan gələn bəyanatlar da göstərir ki, S-400-ün tədarükü plan üzrə gedəcək”.

Ünal davam edib: “Türkiyə Rusiyadan S-400 almaqdan əl çəkərsə, Türkiyə-Rusiya münasibətləri ciddi zədə alar. Biz təyyarənin məhvi ilə bağlı böhranın gedişindəkindən daha ağır durumla üzləşərik. Rusiya təyyarəsi vurulduqdan sonra turizmdə, tər meyvə və tərəvəz ixracatı sahəsində, tekstil ixracatında nələr baş verdiyini xatırlayırıq… O vaxtdan o qədər də çox zaman keçməyib. Bundan belə S-400 Rusiya ilə münasibətlərdə son nöqtədir”.

Sanksiyalar hədəsi

Ekspertin sözlərinə görə, bölgəmizdə bütün balanslar dəyişilir, bu şəraitdə S-400 alqısı məsələsində geri addım atılarsa, Türkiyə Rusiyanın da gözündə simasını itirir, ABŞ-ın gözündə isə asan yönəldilən ölkə kimi görünməyə başlayacaq.

Ünal ABŞ tərəfdən sanksiyalar hədəsini şərh edərək qeyd edib: “S-400 ABŞ və Türkiyə münasibətlərində yeganə problem deyil. Biz bir çox əsas məsələlər üzrə ABŞ-la toqquşuruq. Türkiyə Fəratdan şərqdəki bölgənin Kürdüstan Fəhlə Partiyası/“Demokratik Birlik” Partiyasından təmizlənməsini istəyir. ABŞ əleyhinədir. Türkiyə fəal hərəkətə keçsə və sanksiyalarla hədələnsə, nə olacaq? Deyər: “Şərqi Aralıq dənizində qazma işlərini dayandırmasanız, sanksiya qoyaram?” ya da “Kiprdə mənim istədiklərimi etməsəniz, sanksiya tətbiq edərəm?” Buna bənzər hələ çox problem var. İndi ABŞ-la münasibətlərdə yaşadığımız S-400 böhranı problemin özü deyil, mövcud problemlərin nəticəsidir”.

Təyin edilmiş qiymətlərə dəyməyən təyyarələr…

Ünal “Türkiyə S-400-ü alarsa, ABŞ F-35-i verməyəcək” hədəsi haqda sıradakı fikri deyib: “Türkiyə hətta S-400-dən imtina edərsə, ABŞ-ın F-35-i verib-verməyəcəyi hələ bəlli deyil. Çünki İsrail ABŞ-a basqı göstərir. İsrail istəmir ki, ABŞ bölgədə ondan savayı daha kiməsə F-35 versin. Bu arada daha bir məsələ var. F-35 təyin edilmiş qiymətə dəyməyən problemli təyyarədir. Bu, Amerika ekspertlərinin və dünyada bu məsələ üzrə səriştəli başqa mütəxəssislərin məruzələrində açıq səslənir. Ola bilsin, Türkiyə üçün hətta lap yaxşı olar ki, ABŞ F-35-ləri verməsin”.

Xarici informasiya agentliklərinin missiyası

Ünal habelə diqqət yetirir ki, xarici informasiya agentikləri gerçəkliyə uyğun olmayan xəbərlər dərc edir: ““Röyter” və başqa xarici informasiya agentlikləri Türkiyəyə qarşı psixoloji savaş aparır. Onların son günlərdə dərc etdikləri xəbərlərdən heç biri inandırıcı deyildi. “Adının çəkilməməyini istəyən Türkiyə məmuru...” sözlərilə başlanan məlumatlar gerçəklikdən uzaqdır. Onların hədəfi bəllidir – quraşdırma xəbərlər”.

Rusiyadan dəstək

Ekspert Şərqi Aralıq dənizindəki hadisələri və Rusiyanın mövqeyini dəyərləndirib: “Rusiyanın müdafiə naziri bu günlərdə çox önəmli açıqlama verib. O, Türkiyə ilə birlikdə S-500-ün mümkün ortaq istehsalı haqda məlumat verib. Su-57 təyyarələrinin birgə istehsalından danışıb. Bundan savayı, daha bir olduqca mühüm söz deyib: “Türkiyənin Şərqi Aralıq dənizində öz hüquq və maraqlarını qorumaq haqqı var. Və bunu etmək üçün hərbi potensialı var”. Bu bəyanat Şərqi Aralıq dənizində Türkiyəyə ən güclü, ən açıq dəstəkdir. Biz Türkiyənin çoxqütblü dünyada ya böyük üstünlük əldə edəcəyi, ya da, necə deyərlər, “iki məscid arasında namazsız qalacağı” bir dönəmə girmişik. Əsaslı oyun aparmağın vaxtıdır”.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay