Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmət Oqtay Güləliyevin fikirlərinə münasibət bildirib

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən açıqlama verilib

"Oqtay Güləliyev növbəti dəfə sosial şəbəkələrdə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə həqiqəti əks etdirməyən məlumat yayıb".

Bu barədə ONA-ya Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilir ki, həmin məlumatda bəzi həbs edilmiş şəxslərin zorakılığa məruz qaldıqları, səhhətlərində ciddi problemlərin yarandığı, onlara tibbi yardım göstərilmədiyi və ailə üzvləri ilə görüşə icazə verilmədiyi kimi iddialar yer alıb: "Yazıda adları qeyd olunan, o cümlədən tabe qurumlarda saxlanılan digər məhkum və həbs edilmiş şəxslərə qarşı şərəf və ləyaqəti alçaldan hər hansı bir hərəkətə yol verilmir, onların hüquq və mənafeləri daim qorunur, qanunvericilikdə nəzərdə tutulan qaydada görüş və telefon danışıqları təqdim edilir və səhhətində problemi olanlar diqqət mərkəzində saxlanılır. Böhtan xarakterli bu cür qərəzli məlumatları yaymaqda məqsəd əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaqdır. Penitensiar Xidmət daim öz fəaliyyəti ilə bağlı məlumatları operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırır və cəmiyyətdə narahatlıq doğuran istənilən məsələyə aydınlıq gətirməyə hər zaman hazırdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar