Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: Polad Bülbüloğlu indiki nazirə bu barədə pıçıldaya bilmir?

Dənizkənarı bulvarda “Sürgün olunmuş abidələr” adlı memorial kompleks yaradılsın

Bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

O xatırladıb ki, illərdir İncəsənət Muzeyinin həyətində Üzeyir bəy Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri saxlanılır.

Bakı Bulvarına çox sayda insanın, o cümlədən, xarici turistlərin baş çəkdiyini nəzərə alaraq orada “Sürgün olunmuş abidələr” adlı bir memorial kompleks yaratmaq olar. Bu üç heykəli orada yerləşdirərək, üzərində xarici dillərdə tanıtım mətnləri yazaraq, Azərbaycan torpaqlarının işğalı faktına əyani diqqət yönəltmək mümkündür.

Yəni erməni barbarları yalnız insanları deyil, abidələri də öz məkanlarından sürgün ediblər, onlara da atəş açıblar. Bu üç sənət əsəri muzeyin arxasında gizlədilməkdənsə, təbliğat vasitəsi kimi istifadə olunarsa, yaxşı olmazmı?

Üzeyir bəylə Xurşidbanu Natəvanın kimsəsi qalmayıb, Bülbülün ki oğlu hörmətli Polad müəllim o boyda Rusiyadakı səfirimizdir, özü də bu abidələr gətirilən vaxtlar mədəniyyət naziri olub, indiki mədəniyyət nazirinə bu barədə pıçıldaya da bilmir?

Bu heykəllər muzeyin arxasında həbsxanada qalmaqdansa, bulvara “sürgün”ə göndərilməsi ağıllı variant olmazdımı?”, - deyə millət vəkili əlavə edib.(oxu.az)

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar