Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat:“Bulaq suyu ilə bağlı səsləndirdiyim fikirlər təhrif edilib”

“Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bulaq suyu ilə bağlı işlətdiyim fikirlər sonradan təhrif olunub, fərqli istiqamətdə yozulub”

Bunu “Report”a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, iclasda bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməyib.

Deputat deyib ki, iclasda şirin su mənbələrinin, meşələrin qorunmasının, saxlanmasının və istifadəsi ilə bağlı məsələlər müzakirə edilib: “Deputat kimi fikrimi bildirmişəm ki, şirin su mənbələri və meşələr qorunmalıdır. Eyni zamanda demişəm ki, dərələrin qurumaması üçün bulaqlardan səmərəli istifadə olunmalıdır. Bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməmişəm. Mətbuatda fikirlərim bilərəkdən təhrif edilir, şou yaradılır. Bəzi xəbər portalları ziyalıları, deputatları nüfuzdan salmağa çalışırlar”.

O qeyd edib ki, deputatların qanunların mahiyyətinə uyğun fikirləri təhrif edilməməlidir: “Milli Məclisdəki prosesləri ictimaiyyətə düzgün çatdırmaq əvəzinə, çaşdırıcı informasiyalar yayırlar, gündəm yaratmağa çalışırlar. Bunlar məqsədyönlü şəkildə həyata keçirilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar