Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika yenə hədələdi, Ərdoğan susdu

AKP iqtidarı seçki ərəfəsində iqtisadi təlatümün baş verməsindən qorxur

Selcan Hacaoğlu

“Bloomberg”, 06.03.2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə qeyri-ciddi şəkildə sakitdir.

Çərşənbə axşamı, martın 6-a özünün vəcdə gələn üslublu nitqi ilə tanınan Ərdoğan bələdiyyə seçki kampaniyası çərçivəsindəki çıxışında Donald Trampın bəzi türk ixracatçılarını imtiyazlı ticarət statusundan məhrum etmək qərarı barədə heç nə söyləməyib.

Türkiyənin Rusiyadan raket əleyhinə müdafiə sistemini satın alınmasını dayandırmaq üçün Tramp ABŞ-ın təzyiqini davam etdirir və Ankaranın etirazlarına baxmayaraq, Suriyada planlaşdırılan təhlükəsiz zonaya çoxmillətli qüvvələri yerləşdirmək istəyindən daşınmır.

Bu ayın sonunda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Ərdoğanın istəmədiyi yeganə şey – Ankara və Vaşinqtonun üz-üzə qaldığı dövrdə baş verən hadisələr kimi, maliyyə bazarlarını çökdürmüş yeni bir siyasi böhrandır.

Lirə artıq dörd həftə ərzində dollarla müqayisədə təxminən 3 faiz ucuzlaşıb və o, siyasi təlatümlr, habelə iqtisadi siyasət səhvlərinə həssas olaraq qalır.

ABŞ-ın niyyətlərinə ən coşqulu cavabı xarici işlər naziri Mevlüt Çavuşoğlundan gəlib.

“Əgər biz NATO müttəfiqiyiksə və həmrəyliyimizi daha da dərinləşdirməliyiksə, onda Türkiyənin istədiyi halda, bizə hava hücumundan müdafiə sistemlərini niyə satmırsınız? – deyə Çavuşoğlu yarırəsmi “Anadolu” Agentliyinə bildirib. – Əgər bu sistemləri bizə vermək istəmirsinizsə, onda NATO xaricində başqa bir ölkədən Türkiyənin müdafiə sistemləri satın almasına müdaxilə etməyin”.

Ancaq Ərdoğan, NATO müttəfiqləri ilə onu ayıran mühüm məsələlərdə vaxt qazanmağa çalışıraq, ən azı seçkilərə qədər dözümlü qalmaqla, riskləri daha da yüksəldir.

ABŞ xəbərdar edib ki, Rusiyanın “S-400” əleyhinə raket əleyhinə müdafiə sistemini satın alma planından əl çəkməyəcəyi halda, Türkiyəyə sanksiya tətbiq edə bilər. Satış, həmçinin Türkiyənin planlaşdırdığı “F-35” təyyarələrini satın alma planı üzərindən xətt çəkəcək.

S-400”-ün əldə olunmasının Türkiyənin “F-35” proqramında iştirakının yenidən qiymətləndirilməsinə, Türkiyəyə potensial gələcək silah transferlərinin təhlükəyə məruz qoyacağına və potensial sanksiyalara gətirib çıxaracağına aydın eyham vurmuşuq, – deyə Dövlət Departamentinin sözçüsü Robert Palladino Çərşənbə axşamı Vaşinqtonda keçirilən brifinqdə bildirib. – Cəzalar istənilən dövlət qurumuna, özəl biznesə və ya belə bir əməliyyatda iştirak edən şəxslərə tətbiq olunacaq”.

ABŞ NATO texnologiyasını təhlükə altına ala biləcəyi üçün iyul ayında təslim olunacağı gözlənilən Rusiya raket sisteminin alınmasını istəmir. Vaşinqton Yaxın Şərqdə Moskvanın artan izi ilə də narazıdır.

Türkiyə-Amerika münasibətləri bir sıra digər mübahisələrə görə də kəskinləşib, hətta ötən ilin oktyabr ayında ABŞ-lı pastor Endrü Bransonnun azadlığa buraxılması ilə də əlaqələrdə yumşalma azdır.

Vaşinqton suriyalı kürd qüvvələrinə dəstək verir (Ankara onları amansız düşmən sayır), ABŞ 2016-cı ildə baş verən dövlət çevrilişinə təşəbbüsdə ittiham olunan türk vaizi təhvil verməkdən imtina edir və İrana bağlı bir türk bankirini ABŞ sanksiyalarını pozduğuna görə mühakimə edib.

Türkiyə, həmçinin öz sərhədi boyu Suriyada təhlükəsiz zona yaratmaq istəyir, çoxmillətli qüvvələr tərəfindən həyata keçirilən işin dayandırılmasına, kürd döyüşçülərini sərhəddən uzaqlaşdırmağa çalışır.

Vaşinqton İŞİD-ə qarşı döyüşlərdə kürd YPG ilə müttəfiqdir və gələcək təhlükəsiz zonada onu Türkiyədən qorumaq üçün beynəlxalq silahlı birliyin yerləşdirilməsini istəyir.

Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri Çərşənbə axşamı Ankarada boşluqları aradan qaldırmağa çalışıblar, lakin heç bir irəliləyiş əldə olunmayıb.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ən çox oxunanalar