Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibbdə nadir hadisə - Britaniyada İİV xəstəsi sağaldı

Böyük Britaniyada tibb tarixində ikincə dəfə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) olan şəxsin müalicə nəticəsində sağalması faktı qeydə alınıb

İnterfaks xəbər verir ki, xəstəyə İİV-ə qarşı dayanıqlı olan donorun iliyi köçürülüb. 3 il ərzində aparılan bütün analizlər xəstənin artıq İİV daşıyıcısı olmadığını göstərib.

Lakin, professor Ravindra Qupta bildirib ki, sevinmək üçün çox tezdir. Çünki, bu çox bahalı və çətin müalicə üsuludur. İkincisi, belə donorlar barmaqla sayılacaq qədər azdır. Anadangəlmə bütün infeksiyalara dayanıqlı genə malik insanlara çox nadir rast gəlinir.

İlk belə əməliyyat 2007-ci ildə Almaniyada uğurla həyata keçirilib. O zaman İİV xəstəsinə nadir genetik mutasiyaya sahib olan insanın iliyi köçürülmüşdü.

Qeyd edək ki, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. İİV virusu son mərhələdə Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) səbəb olur. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar