Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçüncü dünya müharibəsi Dağlıq Qarabağ ətrafında başlaya bilər? 

Politoloq: “Qarabağ məsələsinin gedişatında dönüş hər an mümkündür. Döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də istənilən an dönüş olması istisna edilmir”

“2019-cu ildə Qarabağ problemində Minsk Qrupu həmsədrlərinin arasında kimin üstün olması və onun münaqişənin həllinə yanaşması münaqişənin həlli məsələsinə mühüm təsir edəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova 2019-cu ildə üçüncü dünya müharibəsinin Dağlıq Qarabağ ətrafında başlanacağı iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Ordu Kollecinin professoru Robert Farli 2019-cu ildə üçüncü dünya müharibəsinin başlaya biləcəyi beş yer göstərib. Robert Farli hesab edir ki, super dövlətlər arasında münaqişənin alovlanacağı ən “qaynar” regionlar Cənubi Çin dənizi, Ukrayna, Fars körfəzi və Koreya yarımadasıdır.

Professora görə Cənubi Çin dənizində ABŞ-la Çin arasında ticarət qarşıdurması aydın sezilir. Hazırda qarşıdurma iqtisadi müstəvidə, qarşılıqlı sanksiyaların və tariflərin tətbiq edilməsi aparılır, amma Vaşinqtonla Pekin arasında münasibətlər daha da kəskinləşsə münaqişə yeni müstəviyə keçə bilər.

Farlinin fikrincə Üçüncü dünya müharibəsinin başlaya biləcəyi ikinci ən çox ehtimal olunan yer Ukraynadır. Üçüncü belə “qaynar nöqtə” isə Fars körfəzidir. Burada gərginlik artır, ABŞ İrana təyzyiq göstərir, habelə Yəmən və Suriyada münaqişələr davam edir. Robert Farli hesab edir ki, Fars körfəzində istənilən insident ABŞ-la Rusiya arasında ola bilsin Çinin də cəlb olunduğu açıq qarşıdurmaya gətirib çıxara bilər.

Professor Koreya yarımadasınn da ABŞ-la Şimali Koreya arasında münasibətlərə görə gərginlik ocağı kimi qaldığını qeyd edir. “Daha az kritik münaqişələr o qədər də çox diqqət cəlb eləmir, bu isə o deməkdir ki, zamanla onlar kimlərinsə diqqətini cəlb edənə qədər ciddi münaqişə zonalarına çevrilə bilərlər. Dağıdıcı münaqişə Baltikyanı regionda, Azərbaycanda, Kəşmirdə, hətta Venesuelada meydana çıxa bilər...əgər Üçüncü dünya müharibəsi başlasa o, tamamilə gözlənilməz istiqamətdən də başlaya bilər”- Robert Farli Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutaraq yazır.

Qeyd edək ki, son illər dünyada baş verən siyasi kataklizmlər ucbatından yaranan geosiyasi gərginlik fonunda üçüncü dünya müharibəsi haqqında ehtimallar getdikcə artır. Dünyanın bir çox bölgələrində qlobal iqtisadi və geosiyasi böhranların yaşandığı indiki dönəmdə Azərbaycanın da dünyaynın əsas gərginlik ocaqlarından biri kimi göstərilməsi ayrıca maraq doğurur. Daha əvvəl AzərbaycanDağlıq Qarabağ münaqişəsi qlobal münaqişə olaraq dəyərləndirilməsə də, 2019-cu il üçün ölkəmizdə qlobal təhlükənin ola bilmə ehtimalının ortaya atılması Suriya və Yaxın Şərqdə baş verənlərlə paralel olaraq geosiyasi gərginliyin Rusiya sərhədlərinə yaxınlaşması barədə son zamanlar ciddi proqnozlar səsləndirilməkdədir.

2019-cu ildə AzərbaycanDağlıq Qarabağ ətrafında geosiyasi oyunlar şiddətlənə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ATƏT Minsk Qrupu həmsədrləri ABŞ, Fransa və Rusiya arasında danışıqlarda hegemon mövqe uğrunda mübarizə güclənə bilər”.

Ermənistanda 2019-cu ildə daxili siyasi vəziyyətin gərgin olacağını proqnozlaşdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Paşinyanın daha çox öz hakimiyyətini möhkəmlətməyə diqqət yetirəcəyi gözlənilir. Buna baxmayaraq Nəzakət Məmmədova 2019-cu ilin ilk yarısında Cənubi Qafqazda xüsusi bir dəyişiklik ehtimalı görmədiyini vurğulayıb:

“Qarabağ məsələsinin gedişatında dönüş hər an mümkündür. Döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də istənilən an dönüş olması istisna edilmir. Xüsusilə, dünyada və bölgədə gedən proseslər bunu güman etməyə əsas verir. Ermənistanda baş verən proseslər, bu ölkənin indiki rəhbərliyi ilə Qarabağdakı separatçılar arasında başlayan ziddiyyətlər, Ermənistanın KTMT-dən getdikcə uzaqlaşması və s. bu ehtimalları artırır.

Ermənistanda 2019-cu ildə daxili siyasi vəziyyətin gərgin olacağı, Paşinyanın daha çox öz hakimiyyətini möhkəmlətməyə diqqət yetirəcəyi gözlənilir. 2019-cu ilin ilk yarısında Cənubi Qafqazda xüsusi bir dəyişiklik ehtimalı isə azdır.

Lakin ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Bolton regiona səfəri zamanı seçkilərdən sonra Paşinyandan məsuliyyətli yanaşma gözlədiklərini bildirdi. Bu da onu göstərir ki, ATƏT Minsk Qrupu həmsədrləri ABŞ, Fransa və Rusiya arasında danışıqlarda hegemon mövqe uğrunda mübarizə güclənə bilər.

2019-cu ildə Qarabağ problemində Minsk Qrupu həmsədrlərinin arasında kimin üstün olması və onun münaqişənin həllinə yanaşması münaqişənin həlli məsələsinə mühüm təsir edəcək. Bütün bunların necə baş verməsini isə yaşayıb görəcəyik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay