Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hələ də təhsil sahəsində neqativ hallar var, Azərbaycan cəmiyyəti bunu görür”

Əli Əhmədov nöqsanları qabartdı

 

“İdarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət edilməlidir. Çünki cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır”.

Bunu baş nazirin müavini Əli ƏhmədovAzərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

O təəssüf hissi ilə bildirib ki, bu sahədə neqativ hallar tam aradan qaldırılmayıb: “Hələ də təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşıda duran vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var”.

Baş nazirin müavini qeyd edib ki, təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: “Müəllimlərin sosial həyat səviyyəsinin yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımlardır”.

O əlavə edib ki, bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq: “Gələcəkdə təhsil sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması, təhsilin inkişafının yeni mərhələsində müasir çağırışlara daha yaxşı cavab verməsi üçün əhəmiyyətlidir. Təhsilin milli sərvəti çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabət qabiliyyətinin artırılmasıdır”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşıda duran vəzifələrdəndir: “Yüksək təhsilli biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən üç dəfə çox əmək haqqı alırlar. Bu da təbiidir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir”.

“Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir. Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci bir tərəfdən təhsilə qoyulan vəsaitinin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyinin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır” – deyə o, əlavə edib/Report.

pia.az



Şərh yazın.

nadir

deyilənlər dogrdur


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar