Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə sərt reaksiya verib
Poroşenko bu səfəri beynəlxalq hüququn kobud pozuntusu kimi dəyərləndirib.
“Biz Rusiya dövlət başçısının necə kobud şəkildə beynəlxalq hüququ pozduğunun şahidi oluruq. Mən xüsusən vurğulamaq istəyirəm ki, bu səfərlə Krım Rusiyanın olmayacaq. Qoy bizi Rusiyada eşitsinlər”, - deyə Poroşenko bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, o, səfərə müvafiq reaksiya bildirilməsi üçün Xarici İşlər Nazirliyinə lazımi tapşırıq verib.(cebhe.info)
pia.az