Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Polad Bülbüloğlu ilə bir sıra görüşlər keçirdi

Mədəniyyət naziri Rusiyada Bülbüloğlu ilə bir sıra görüşlər keçirib

Xəbər verdiyimiz kimi, 15-17 noyabr tarixində keçirilən VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycandan mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətinin üzvləri forumun sessiyalarında, müxtəlif toplantılarda iştirak edir, işgüzar görüşlər keçirir, əməkdaşlıq məsələlərini müzakirə edirlər.

Noyabrın 16-da VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycanın 2020-ci ildə Forumda “Fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalanıb.

İmzalanma mərasimindən sonra mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərinin bir sıra mədəniyyət təsisatlarının rəhbərləri ilə görüşlər keçiriblər. Belə görüşlərdən biri şəhərin aparıcı bədii təhsil müəssisələrindən olan Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitali Romanovla olub.

Xatırladaq ki, sözügedən liseylə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında 2018-ci ilin aprel ayında Bakı şəhərində əməkdaşlıq müqaviləsi imzalanıb.

Ə. Qarayev və P. Bülbüloğlu ilə görüş zamanı V. Romanov rəhbərlik etdiyi liseyin fəaliyyəti, tədris prosesində istifadə olunan müasir metodika və texnologiyaların tətbiqi, liseyin maliyyələşmə sistemi və əldə etdiyi uğurlar haqqında məlumat verib.

Nazir ölkəmizin bədii təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının aparıcı təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin təqdirəlayiq hal olduğunu və bu əlaqələrin ölkələrimiz arasında humanitar sahədə münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, nümayəndə heyətinin üzvü Əziz Qarayusifli iştirak edib.(qafqazinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar