Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan Milli Bankının rəhbəri Zamirə Hacıyeva qalmaqalından danışdı

"Bizim ABB-dakı pullar Azərbaycan dövlətinin qiymətli kağızları ilə əvəzlənib"

Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akşiyev bu ölkənin Vahid Milli Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında qalan pulları və bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyevanın Londondakı bədxərcliyi arasında əlaqə barədə jurnalistlərin sualları ilə qarşılaşmalı olub.

Qazax KİV-lərinin yaydığı xəbərə görə, Daniyar Akşiyev jurnalistlərdən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda şoppinqə böyük məbləğdə pullar xərcləməsi qalmaqalını qazaxların milli pensiya fondunun pulları ilə əlaqələndirməməyi xahiş edib.

“Mən başa düşürəm, hamı qalmaqal istəyir. Vahid Milli Pensiya Fondu hazırda bu bankın investoru deyil. Bankın bütün kağızları Azərbaycan dövlətinin qiymətli kağızları ilə əvəzlənib, yəni biz hazırda Azərbaycan dövlətinin investoruyuq. Vahid Milli Pensiya Fondunun bu banka hazırda heç bir aidiyyatı yoxdur”-Daniyar Akşiyev belə deyib.

Milli Bankın rəhbəri jurnalistləri iki il əvvəlki arxivləri qaldırmağa və Fondun Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı dayandırdığına əmin olmağa çağırıb.

“Orada həmin bankın istiqrazları var idi, onlar dəyişdirildi və biz iki il əvvəl çox ətraflı şəkildə bunu izah etdik, bildirdik ki, hansı opsiyalar təklif olunub və hansı opsiya seçilib. Və hazırda Vahid Milli Pensiya Fondu Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarını əldə saxlayır, yəni həmin banka heç bir dəxli yoxdur”-Akşiyev vurğulayıb.

Bu günlərdə üzə çıxıb ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyi mənşəyi mlum olmayan pulların yuyulmasına qarşı mübarizə qanununu ilk dəfə Zamirə Hacıyevaya tətbiq edib. Onun Londondakı on milyonlarla dollarlıq mülkləri, habelə “Gulfstream” təyyarəsi və qolf-klubu dondurulub. Habelə müəyyən olunub ki, Z.Hacıyeva Londonun ən bahalı univermağı hesab edilən “Harrods”da təxminən 3 ilə 16 milyon funt sterlinq xərcləyib. Məhkəmə Zamirəyə vaxt verib ki, həmin aktivlərin qanuni yolla əldə edilmiş gəlirlər hesabına alındığını sübut etsin, əks halda aktivlər müsadirə olunacaq.

Qazaxıstanın Vahid Milli Pensiya Fondu vaxtilə Azərbaycan Beynəlxalq Bankına 220 milyon dollar yatırıb. Daha sonra bankın xarici borclarının restrukturizasiyası elan edilib və bu pullar Azərbaycan dövlətinin qiymətli kağızlarına dəyişdirilib, ödəmə müddəti uzadılıb. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay