Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifov Hacıbala Abutalıbov haqda danışmaq istəmədi

“79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”

Bunu modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.

Baş nazirin sabiq müavini mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi barədə yazılanlara etiraz edib: “Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib: “Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, Prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab Prezidentdir. Bu məsələ daha mənlik deyil”.

A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib:

“Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir...”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar