Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan gətirilən 25 tona yaxın kartof geri qaytarıldı

Azərbaycana İrandan idxal olunan kartofda zərərli orqanizmlər aşkar edilib

Bu barədə saytına Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Xəbərdə deyilir ki, agentliyin müfəttişləri tərəfindən İrandan fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkarlanıb.

Aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24700 kq kartofun İrana qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyi zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kq məhsul seçilərək məhv edilib.

Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Ən çox oxunanalar