Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada 2 milyard yoxsul insan var

Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayır. Bu insanların böyük əksəriyyəti quraqlıq, silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərdir

2017-ci ildə 134 ölkədə 201 milyon insana humanitar yardım göstərilib. Hesabatda bildirilir ki, silahlı münaqişələr nəticəsində Yəməndə 20,7 milyon, Suriyada isə 13,7 milyon nəfərin aclıq həddində olduğu aşkar edilib.

Ötən illər 3,5 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyədə humanitar yardıma ehtiyacı olanların sayı 12,8 milyona çatıb. Hesabatda Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Kolumbiya, Çad, Mali, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi ən çox yardıma ehtiyacı olan ölkələr sırasında ilk yerləri tuturlar. Bu ölkələrin əksəriyyətində silahlı münaqişələr mövcuddur.

Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilir. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb. Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxildir. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutur. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib.(AzərTAc)

pia.az


Etiket: Yoxsul insan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Ən çox oxunanalar