Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Əkin yerlərinin yandırılması qanunla qadağandır”

“Taxıl sahələrinin yandırılması ilə fermer növbəti ildə daha az məhsul götürməli olacaq”

“Fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan samanı yandırmaqla torpağın münbitliyinə, bitki örtüyü və mikroorqanizmlərin məhvinə səbəb olur. Bu hala yol verənlərin qarşısı qanunla alınacaq və cəzalandırılacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov biçindən sonra kövşənliyin yandırmasının zərərindən danışarkən bildirib.

Deputat “Torpaqların münbitliyi haqqında” qanunun 9-cu maddəsinə edilən dəyişikliyi xatırladıb və qanunu pozanların məsuliyyət daşıdığını deyib: “Milli Məclisin Aqrar siyasət komitəsində müzakirələr aparıldı və əkin yerlərinin yandırılması qanunla qadağan olundu. Təhlillər aparılıb və elmi tədqiqat nəticəsində qanunvericilikdə bu barədə müddəa öz əksini tapıb. Artıq inzibati tədbirlərin görülməsi də müəyyənləşib. Əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək”.

Millət vəkilinin sözlərinə görə, taxıl biçinindən sonra yerdə qalan samanın yandırması məhsuldarlığı dəfələrlə aşağı salır: “Taxıl sahələrinin yandırılması ilə fermer növbəti ildə daha az məhsul götürməli olacaq. Artıq bu barədə əhaliyə də xəbərdarlıq olunub. Taxıl sahələrinin biçindən sonra yandırılması torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə gətirib çıxarır. Bunu fermerlər anlamalı və bu əməldən çəkinməlidirlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar