Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman mətbuatı Merkeli itirib

Almaniya kansleri Angela Merkelin əri Yoahim Zauer İtaliyanın Alp dağlarında yerləşən xizəksürmə kurortuna öz həyat yoldaşı olmadan yola düşüb və indi bütün Almaniya Merkelin harada olması barədə sual verir

Bu barədə “The Times” qəzeti yazıb.

Materialda qeyd olunur ki, fotoşəkillərdə Merkelin həyat yoldaşı Yoahim Zauer tək dayanıb. Qeyd olunur ki, Merkel ənənəvi olaraq, istirahətini həyat yoldaşı ilə keçirib. Lakin bu dəfə Zauer birinci nikahdan olan oğlu ilə Zolden kurortundakı adi dördulduzlu hoteldə yerləşib.

“Times”in yazdığına görə, avqustun 20-dək kansler Merkelin heç bir vacib işi yoxdur. Ər və arvadın ayrı-ayrılıqda istirahət etməsi məhz buna görə maraq doğurur.

Alman kanslerinin ictimaiyyətinin gözünə görünməməsi müxtəlif mülahizələrə səbəb olub. Məsələn, bu ölkənin Bild nəşri Merkelin yoxa çıxmasının mümkün səbəbləri arasında ailə böhranından “məxfi missiyayadək” variantları sadalayıb.

“Kömək edin! Kanslerimiz haradadır?”, - deyə, Express tabloidinin alman buraxılışı yazıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bavariyanın “Augsburger Allgemeine” qəzeti isə güman edir ki, Merkel öz sevimli yeməyi – kartof şorbasının hazırlanması ilə məşğul ola bilər. KİV-də daha bir səbəb kimi kanslerin hazırda xəstə olan anası Gerlinda Kasnerin yanında ola biləcəyi göstərilir.

Qeyd edək ki, iyulda Almaniya kansleri Angela Merkelin təmsil etdiyi mühafizəkar XDİ/XSİ blokunun reytinqi son 12 ilin minimumunu yeniləyərək, 29% təşkil edib.(oxu.az)

pia.az


Etiket: Merkel

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar