Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail «Suxoy»un təyyarəsini vurdu!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, İsrail hərbçiləri Rusiyanın «Suxoy» hərbi-sənaye kompleksinin istehsalı olan “Su-24″ təyyarəsini vurublar

Xəbəri ordunun mətbuat xidməti yayıb.


«İsrailin müdafiə ordusu İsrailin hava məkanına 2 kilometr nüfuz etmiş təyyarənin yaxınlaşmasını izləyib» - deyə, bəyanatda bildirilir. Təyyarəyə «Petriot» zenit-raket komleksindən (ZRK) iki raket atəşi açılıb.


Bəyanatda qeyd olunur ki, təyyarə Suriya hərbi-hava qüvvələrinə məxsus olub. Ekipajın taleyi barədə məlumat verilmir.


İsrail tərəfi ehtimal edir ki, «Suxoy» təyyarəsi son həftələr sərhəd bölgəsində müxalifətin silahlı dəstələrilə gedən döyüşlərdə iştirak edib. Suriyalı hərbi mənbə isə öz növbəsində, bildirir ki, təyyarə «İslam Dövləti» qruplaşmasının mövqelərinə zərbələr endirib və İsrailin hava məkanına daxil olmayıb.


«SANA» agentliyi hərbi mənbəyə istinadla xəbər verib ki, Suriya təyyarələri Yarmuk dərəsində, özünün hava məkanında terrorçulara qarşı döyüş tapşırıqları yerinə yetirir.
İsraildə isə bildirirlər ki, təyyarəni vurmazdan əvvəl, onun Rusiya hərbi-kosmik qüvvələrinə aid olmadığına əmin olublar.


Bundan əvvəl, İsrailin sabiq müdafiə naziri Moşe Yalon «RİA Novsoti» agentliyinə müsahibəsində bildirib ki, İsrail hərbçiləri Suriyaya məxsus “Su-24″ təyyarələrini, Rusiya “Su-24″lərinlə fərqləndirmək qabiliyyətindədirlər. Suriyada insidentlərdən qaçmaq üçün hər iki ölkənin hərbçiləri arasında «qaynar xətt» fəaliyyət göstərir.


Məlumat üçün bildirək ki, Suriya və İsrail arasında Qolan yüksəkliklərinin statusu ilə bağlı çoxillik ərazi münaqişəsi davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Ən çox oxunanalar