Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə kartof sahələri zərərvericilərin hücumuna məruz qalıb


Gədəbəy rayonunda mövcud olan 11 820 hektar kartof əkini sahəsi mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır


Xidmətdən  verilən məlumata görə, əkin sahələrində kartof zərərvercilərinə qarşı davamlı müşahidə və mübarizə tədbirləri aparılır, təsərrüfat sahibləri və fermerlərlə mütamadi görüşlər keçirilir və sahələri nəzarətdə saxlamaq üçün müvafiq tövsiyələr verilir.

Gədəbəy rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8 300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparılıb və 4 100 hektar sahənin karantin zərərvericisi olan Kolorado kartof böcəyi ilə, 4 200 hektar sahənin isə fitaftora xəstəliyi ilə sirayətləndiyi müəyyən edilib.

Mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado kartof böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, ŞəmkirGədəbəy rayonlarında geniş yayılıb. Gədəbəyhava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu böcək yayda və payızın isti vaxtlarında havaya qalxaraq 30 km məsafəyə qədər yayıla bilir. Güclü külək onların daha uzaq məsafələrə yayılmasına şərait yaradır. Düzənlik və çöllərdə daha sürətlə yayılır. Zərərvericilərin daha geniş yayılmasının qarşısını almaq üçün hörümçək kimi bir sıra faydalı həşəratlardan, eyni zamanda gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. kimi yırtıcı kabarid böcəklərindən istifadə etmək olar. Bu böcəklər zərərvericinin sürfə, pub və yeni əmələ gəlmiş böcəkləri ilə qidalanırlar.

Zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün mübarizə tədbirlərinə dərhal başlamaq lazımdır. Aşkar olunmuş böcəklər, yumurtalar və sürfələr bir vedrəyə yığılmalı və üzərinə neft tökülərək yandırılmalıdır. Vegetasiya dövründə kartofu regent preparatı ilə işləyirlər. Ziyanvericinin təkrar görünməsi zamanı preparatı dəyişmək lazımdır. Kimyəvi mübarizədə istifadə olunan preparatların əksəriyyəti günün isti vaxtlarında yaxşı nəticə verir. Çünki zərərvericinin həm süfrələri, həm də yetkin fərdləri bitkilərin orta və yuxarı yaruslarına toplaşır və intensiv qidalanır.

Bu xəstəlik kartof becərilən bütün zonalarda yayılıb. Lakin xəstəliyin zərəri meteoroloji torpaq amilləri nəzərə alınmaqla müxtəlifdir. Kartofçuluqla məşğul olan Gədəbəy, Daşkəsən, Tovuz, Cəlilabad və s. rayonlarda fitoftoroz müntəzəm olaraq əmələ gəlir və məhsuldarlığa ağır zərbə vurur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ən çox oxunanalar