Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Gürcüstanla Azərbaycanın arasını vura bilər?


Ermənistanın baş naziri Nikol Paşinyan mayın 30-da Gürcüstana iki günlük rəsmi səfərə gedib


Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti informasiya yayıb. Səfər çərçivəsində Nikol Paşinyan gürcü həmkarı Georgi Kvirikaşvili, prezident Georgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze və Patriarx II İlya ilə görüşüb.

Ermənistanın inqilab yolu ilə hakimiyyətə gələn baş nazirinin Gürcüstana səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu Paşinyanın baş nazir qismində ilk rəsmi xarici səfəri sayıla bilər: “O baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara “ürək-dirək” verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki günlük səfərdir. Əslində Gürcüstana səfərin məqsədi aydındır. Fikirmcə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır. Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir”.

Politoloq hesab edir ki, Paşinyanın Tiflisə səfərinin başqa məqsədi də var. Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir: “Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasın gediş gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub”.

E.Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir: “Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatimizin növbəti dalğasına yol aça bilər?

Tiflis odla oynayır. Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayam mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından alacağını düşünür. Lakin unutmamalıdır ki, bu o zaman baş verəcək ki, Paşinyanın özü bunu istəsin...”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

Bakıda "Badam" klinikasında çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

Nəşi tapılan hərbçimizlə bağlı rəsmi açıqlama

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - Yenilənib

Dövlət xidmətinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı

7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki

Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Türkiyədə inflyasiya ilin sonuna qədər 75,4%-dən 38%-ə düşəcək

Ən çox oxunanalar