Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəcməddin Sadıkovun yaxın adamına bu dəfə ağır cəza verildi

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən verilmiş protestə baxılıb...

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror etirazını əsaslandırıb. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilmiş ittihamlara görə həddən artıq yüngül cəza təyin edildiyini deyib.

Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər heyəti protesti əsaslı hesab edib.

Qərara əsasən hazırda başqa iş üzrə həbsdə olan Zahid Niftəliyev 8 il 6 ay, bəraət almış Elsevər Niftəliyev 8 il azadlıqdan məhrum edilib. E.Niftəliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə təqsirləndirilib.

Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Z.Niftəliyev azadlığa buraxılandan bir müddət sonra başqa bir iş üzrə Dövlət Təhlükəsizliyi Tərəfindən həbs edilib. Hazırda o işlə bağlı ibtidai istintaq davam edir.

Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar