Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO zamanın və reallıqların çağırışına cavab verə bilirmi?

NATO liderləri Ukraynada Qərbin Rusiyaya qarşı birləşdiyini bildirərək Vladimir Putinə sərt mesaj vermək üçün Litvada toplanacaq...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetində dərc olunan məqalədə bildirilir.

Qəzet yazır ki, buna baxmayaraq NATO-nun birlik nümayişi İsveçi Alyansın yeni üzvü kimi qəbul etməkdən imtina edən liderlər tərəfindən təhlükə altına girir.

WP qeyd edir ki, İsveçin üzvlüyünə qarşı çıxanlar arasında Rəcəb Tayyib Ərdoğan və Viktor Orban var və onlar NATO-nun birliyi və çəkindiriciliyi ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

WP həmçinin İsveçin Türkiyə və Macarıstan parlamentlərinin razılığını tələb edən üzvlüklə bağlı mübahisəsi NATO-da Baydenin liderliyinə təhlükə yaratmaqla yanaşı, hərbi xərclərin səviyyəsi ilə bağlı fikir ayrılıqları da daxil olmaqla, Alyans daxilindəki digər parçalanmaları xatırladır. Kiyevin üzvlüyü və ən son olaraq Ağ Evin Ukraynanı kaset sursatları ilə təmin etmək qərarı NATO-da heç də birmənalı qarşılanmayıb.

NATO Baş katibinin müavini vəzifəsində çalışmış veteran amerikalı diplomat Aleksandr Verşbou WP -yə açıqlamasında qeyd edib ki, daxili fikir ayrılıqlarının aradan qaldırılması NATO kimi konsensusa tabe olan qurum üçün çox çətindir, lakin bu vacibdir. Çünki Alyansın hər bir üzvü bir-birlərini qorumaq və lazım olduqda müttəfiq ğlkəni qorumaq üçün qoşun göndərməyi öhdəsinə götürüb.

Atlantik Şurasının üzvü olan Verşbou deyib ki, NATO heç vaxt həyati bir təhlükə altında olanda iflic vəziyyətinə düşməyib və bu ən vacib məsələdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay