Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Hərbi Komitəsinin sədri: "Alyans artıq Rusiya ilə müharibəyə hazırdır"

NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Alyans Silahlı Qüvvələrinin artıq Rusiya ilə müharibəyə başlamağa hazır olduğunu açıqlayıb...

“Report” “Sky nuys”a istinadən xəbər verir ki, o, Qərb ölkələrindəki mülki əhalini də Rusiya ilə geniş silahlı toqquşmaya hazır olmağa çağırıb.

“Biz sülh vəziyyətində olduğumuza görə hazırlaşa bilirik. Amma məsələ daha ciddidir. Mülki əhali də müharibəyə hazır olmalıdır”, - NATO Hərbi Komitəsinin sədri vurğulayıb.

Admiralın fikrincə, İsveç bu ayın əvvəlində əhalisini müharibəyə hazırlaşmağa çağırmaqla düzgün iş görüb.

Qeyd edək ki, NATO gələn həftə ən böyük təlimini keçirəcək. “Steadfast Defender2024” manevrlərdə 90 minə yaxın hərbçi iştirak edəcək. Hərbi təlimlərin məqsədi Rusiyanı çəkindirməkdir.

NATO rəsmisinin xəbərdarlığı Soyuq Müharibədən bəri Alyansın ən böyük təlimlərinin başlaması ərəfəsinə təsadüf edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Ən çox oxunanalar