Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Ermənistan rəhbərliyi prespektivdə sülh görür və buna ehtiyacı olduğunu anlayır...

Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki müsahibəsində İrəvanın sülhə can atması ilə bağlı işartılar varmı?...

Politoloq: “Artıq iki stolda oturmaq Ermənistanın təhlükəsizliyinə təminat vermir”.

“Nikol Paşinyan sülh gündəliyi məsələsini ortalığa atarkən əvvəlki illərə nisbətən daha səmimi görünür”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Baş nazirinin son müsahibəni Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam Ermənistan İctimai televiziyasına müsahibə verib və bu müsahibəsində Qarabağla bağlı bir çox aspektlərə toxunub. Paşinyanın söylədikləri arasında bir məsələ daha çox diqqət çəkib. Ermənistanın Baş naziri bildirib ki, müxalifətə işarə edərək bildirib ki, Qarabağı boşaldaraq bu məsələni həll edənlər indi də Ermənistan məsələsini həll etməyə çalışırlar.

Paşinyanın dünən axşam verdiyi müsahibəni necə dəyərləndirmək olar? Bu müsahibədə ümumlikdə Ermənistanın sülhə can atması ilə bağlı işartılar varmı, yoxsa iki stulda oturmağa cəhd edən Ermənistan sülh sazişi ətrafında manipulyasiyalarını davam etdirir?

Ermənistanın son dövrlərdə sülhlə bağlı atdığı addımları Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu açıqlamalarda əvvəlki kimi Azərbaycana qarşı sərt ritorikadan istifadə olunmayıb”.

Ermənistanın subyekt olmasının yeganə yolunun münaqişədə olduğu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasından keçdiyini qeyd edən politoloq Poliqon-a açıqlamasında bildirib ki, bu reallığı artıq Ermənistanda rəhbərlik qəbul etməyə başlayıb:

“Artıq iki stulda oturmaq Ermənistanın təhlükəsizliyinə təminat vermir. Bir tərəfdən RusiyaErmənistanı tək buraxması ilə bağlı ittiham edən İrəvan digər tərəfdən Qərbdən gözləntilərini də tam şəkildə ala bilmir. Bu mümkün də deyil. Çünki 10 min kilometrlərlə uzaqda olan qlobal güc mərkəzləri bütün sahələr üzrə Ermənistana təhlükəsizlik təminatı verib bilməz. Buna görə Ermənistanın region dövlətləri, həmsərhəd olduğu ölkələrlə normal münasibətlərinə ehtiyacı var.

Bundan başqa Ermənistanın baş nazirinə xalq məğlub baş nazir olmasına rəğmən mandatı ona görə vermədi ki, yenidən bütün sərhədlər qapalı qalsın və Ermənistan 10 illər boyu dilənçilik etdiyi kimi yenə də dilənçilikdə davam etsin. Yəni bu Ermənistanın inkişaf perspektivinə müsbət mənada heç nə vəd etmir. Ən nəhayət bir də Ermənistanın özünün təhlükəsizliyinin dövlət təminatı məsələsi var. Heç bir qlobal güc, istər regional Rusiya dövləti, istər ABŞ, Fransa və yaxud da Avropa Birliyi bu təminatı Ermənistana verə bilməz.

Ermənistanın subyekt olmasının yeganə yolu münaqişədə olduğu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasından keçər. Bu reallığı artıq Ermənistanda rəhbərlik qəbul etməyə başlayıb. Bir də bu kontekstdə bütün bağlı kommunikasiyaların açılmasına ehtiyac var ki, bu da yenə də yalnız sülh müqaviləsi imzalanması və Ermənistanın müəyyən şərtləri qəbul etməsindən sonra mümkün ola bilər. Çünki bir tərəfdən sülh müqaviləsi imzalanması məsələsi gündəmdəykən başqa bir tərəfdən hələ də Ermənistanın konstitutsiyasında Müstəqiilik Bəyannaməsində qonşu dövlətlərə ərazi iddiaları mövcuddur. Bu problemlər konstisional şəkildə həll olunmalıdır. Bunun üçün yeni referendumuna ehtiyac var.

Natiq Miri: “Ermənistanın özünün təhlükəsizliyinin dövlət təminatı məsələsi var. Heç bir qlobal güc, istər regional Rusiya dövləti, istər ABŞ, Fransa və yaxud da Avropa Birliyi bu təminatı Ermənistana verə bilməz”.

Buna görə də, problemlər var, ancaq bu problemlərin həll edilməsinin yolu Azərbaycan və Türkiyə ilə düşmənçilikdən keçmir. Çünki bu düşmənçilik Ermənistana müsbət heç nə tövhə vermir. Bu kontekstdə Ermənistana ciddi anlamda yardım edəcək qlobal güclər də mövcud deyil. İstər Rusiya, istərsə də Qərb dünyası olsun belə bir zəmanət yoxdur. Yəni qlobal, həm də regional səviyyədə çox ciddi dəyişikliklərə məruz qalan bir vəziyyəti müşahidə edirik. Belə bir vəziyyətdə regionda ən güclü və həlledici ölkələr olan Azərbaycan və Türkiyə ilə münasibətləri qurmadan, sülh müqaviləsini imzalamadan Ermənistanın gələcək prespektivi təhlüə altındadır.

Düşünürəm ki, Nikol Paşinyan sülh gündəliyi məsələsini ortalığa atarkən əvvəlki illərə nisbətən daha səmimi görsənir. Ayrıca bu açıqlamalarda əvvəlki kimi Azərbaycana qarşı sərt ritorikadan istifadə olunmayıb. Bu faktor özü də onu göstərir ki, Ermənistan rəhbərliyi prespektivdə sülh görür və buna ehtiyacı olduğunu anlayır. Buna görə də, düşünürəm ki, bu gün Ermənistan üçün müsbət yöndə başqa alternativ yoxdur. Yəni sülh olmayacaqsa, bunun alternativi müharibədir. Müharibənin Ermənistana nə vəd etdiyini də Nikol Paşinyan çox gözəl anlayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay