Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoşəbəkənin Bakıdakı təbliğatçıları saxlanılıb

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər saxlanılıblar...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü A.H olduğu məlum olub.

Qeyd edilib ki, əmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.

"DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir. "Telegram" platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib", - deyə məlumatda vurğulanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar