Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müxalifət nümayəndələrindən Elşad Musayev, Hafiz Hacıyev…” – Qabil Hüseynli

“Həmin ərəfədə bütün müxalifətin pilotun dəfn mərasiminə gəlməməsi ilə bağlı dediklərim yanlış anlaşıldı. Halbuki, müxalifət nümayəndələri yas mərasiminə qatılmışdı. Sadəcə olaraq, həmin vaxtlar başım yasa qarışmışdı. Kimlərinsə haqqımda nə dediklərini eşitməmişdim”

Bu fikirləri Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin yas mərasimindən danışarkən deyib.

Qabil Hüseynli yas mərasiminə qatılan müxalifət nümayəndələrinin adlarını da qeyd edib:

“Müxalifət nümayəndələrindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və digər partiyalardan da yas mərasiminə qatılmışdılar”.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli də bildiyim qədərilə başsağlığı verib. Ancaq AMİP-in lideri Etibar Məmmədovun başsağlığı verdiyini xatırlamıram. Sadəcə bəzi şəxslərin pilotun yas mərasimini siyasiləşdirməsi ilə bağlı məlumat daxil olmuşdu. Ümumiyyətlə, yas mərasiminə kim istəsə, qatıla bilər. Bu məsələdə yasaqdan söhbət gedə bilməz”- deyə Qabil Hüseynli əlavə edib.

Qeyd edək ki, bəzi mətbuat səhifələrində yayılan məlumatlara görə, politoloq Qabil Hüseynli pilot Rəşad Atakişiyevin dəfn və yas mərasimində iştirak etməməsi üçün müxalifətə çağırış edib. Bu səbəbdən o, sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb.

Xatırladaq ki. Qabil Hüseynli vaxtilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. Sonralar AMİP-də və Müsavat Partiyasında təmsil olunub. Hazırda bitərəfdir.

pia.az


Etiket: Qabil Hüseynli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay