Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb

Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq...

Sentyabrın 16-19-da keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinin nəticələri elan olunub.

İnsan Resursları Mərkəzindən verilən məlumata görə, vakansiya seçimlərində iştirak edən namizədlərdən 713 nəfər seçdiyi vakant yerə yerləşdirilərək müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.

Vakansiya seçimində uğur qazanan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Ən çox oxunanalar