Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva və Kiyevin psixoloji müharibəsi - Xersona səfər edən Putin dünyaya hansı mesajı verdi?

Rusiya prezidenti “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib...

Politoloq: “Rusiya, həm də Ukrayna tərəfi, o cümlədən də Ukraynanın müttəfiqləri müharibədən yorulublar. Sadəcə geriyə addım atmaq təşəbbüsünü ortaya qoyan tərəf yoxdur”.

“Vladimir Putinin həm Donetskə, həm də Xersona səfər etməsi ondan xəbər verir ki, Rusiya işğal etdiyi ərazilərdən çıxmaq fikrində deyil”.

Bu sözləri politoloq Xəyal Bəşirov Rusiya prezidentinin Xerson səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin “Dnepr” ordu qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib, hərbçilərlə görüş keçirib. Sözügedən səfər dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

Ukraynanın yaxın günlərdə əks-hücumunun gözlənilməsi fonunda Putin belə bir addım atmaqla dünyaya hansı mesajları verdi? Ümumiyyətlə, Ukrayna münaqişəsində yaxın zamanlarda hansısa kritik dəyişikliklər gözləniləndirmi?

Ukrayna-Rusiya müharibənin indiki mərhələsini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Rusiya bu ərazilərlə qane olacaqlarını və müharibənin davam etdirilməməsinin də mesajını verə bilər”.

Rusiya prezidentinin Donetskə səfər etməsindən sonra Ukrayna prezidentinin də Donetskə səfər etməsinin Rusiya verilən mesaj olduğunu qeyd edənpolitoloq Poliqon-a açıqlamasında bildirib ki, bununla Ukrayna da torpaqlarını azad etməkdən imtina etməyəcəklərini sərgilədi və döyüş meydanında Rusiyaya meydan oxudu:

“Hazırda Rusiya və Ukrayna arasında gedən müharibədə həm Rusiya tərəfindən, həm də Ukrayna və onun müttəfiqləri tərəfindən psixoloji müharibə daha öndə gedir. Bu müharibə döyüş meydanındakı müharibə qədər önəmlidir. Tərəflər bir-birinə qarşı psixoloji təsirin və təzyiqin göstərilməsi ilə bağlı addımlar atırlar. Bu da onda xəbər verir ki, həm Rusiya, həm də Ukrayna tərəfi, o cümlədən də Ukraynanın müttəfiqləri müharibədən yorulublar. Sadəcə geriyə addım atmaq təşəbbüsünü ortaya qoyan tərəf yoxdur.

Hesab edirəm ki, Ukrayna tərəfi ərazilərinin Rusiya tərəfindən işğal edilməsi və Rusiya ordusunun Ukrayna ərazisində mövcud olması faktı ilə barışa bilmir. Rusiya tərəfi də uzun illər ərzində Ukrayna müharibəsinə qədər Rusiya haqqında yayılan böyük hərbi gücə malik olması ilə bağlı mənzərə xələl gətirən addım atması ilə barışa bilmir. Bu da onlar arasında geniş miqyaslı psixoloji mübarizənin aparılmasına gətirib çıxarır.

Qeyd edim ki, döyüş meydanında da gərgin mübarizə gedir və gözlənilən odur ki, Ukrayna tərəfi Rusiyaya qarşı genişmiqyaslı hücuma keçəcək. Ukraynanın müttəfiqlərinin vəd etdikləri silahlar Kiyevə çatmadığına görə, onlar hücuma keçmə prosesini uzadır.

Xəyal Bəşirov: “Ən son baş verən proseslər bir daha ondan xəbər verir ki, Qərb üçün hazırkı məqamda Ukrayna mövzusu altı ay bundan öncə kimi prioritet təşkil etmir”.

Psixoloji mübarizənin getdiyinə niyə işarə etdim? Diqqət etsək görərik ki, ilk dəfə bəzi proseslər baş verir. Məsələn mart ayında Rusiya prezidenti Vladimir Putin Donetskə səfər etdi. Donetskə səfəri zamanı Vladimir Putin əslində, Rusiya tərəfinin cəbhə bölgəsində dövlət başçısı və ali baş komandan səviyyəsində təmsil olunması ilə bağlı Ukrayna və onun müttəfiqlərinə meydan oxudu. Eyni zamanda Putin psixoloji cəhətdən onlara hücum etmək niyyətini ortaya qoyan prosesə cəhd etdi.

Aprel ayında isə Rusiya prezidenti Xersona səfər etdi. Vladimir Putinin həm Donetskə, həm də Xersona səfər etməsi ondan xəbər verir ki, Rusiya Ukraynaya və onun müttəfiqlərinə ordusunun bu ərazilərdən geri çəkilməyəcəyi mesajını verdi. Eyni zamanda bəlkə də Rusiya bu ərazilərlə qane olacaqlarını və döyüşün davam etdirilməməsinin də mesajını verə bilər. Təbii ki, bu bir ehtimaldır. Amma bir ildən sonra Rusiya liderinin belə bir addım atması geniş məna kəsb edir.

Rusiya prezidentinin Donetskə səfər etməsindən sonra Ukrayna prezidentinin də Donetskə səfər etməsi Rusiya və onun müttəfiqlərinə verilən mesaj idi. Ukrayna müharibədən geri çəkilməyəcəkləri sərgilədi və Rusiyaya meydan oxudu..

Xəyal Bəşirov: “Bir ildən sonra Rusiya liderinin belə bir addım atması geniş məna kəsb edir”.

Hər bir halda ən son baş verən proseslər bir daha ondan xəbər verir ki, Qərb üçün hazırkı məqamda Ukrayna mövzusu altı ay bundan öncə kimi prioritet təşkil etmir. ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında Qərb ölkələri, hazırkı məqamda Rusiya, Çin İran, hətta bəzi məqamlarda Səudiyyə Ərəbistanının bu prosesə qoşulması ilə bağlı ciddi narahatçılıqlar keçirirlər. Təbii ki, bu gələcəkdə Qərb qütbünə qarşı çox ciddi mövqelərin qoyulmasına gətirib çıxaracaq.

Hesab edirəm, İranla baş verən proseslər də ona hesablanıb ki, hazırkı məqamda Rusiya və Çinə təsir göstərə bilməsələr də, İranSəudiyyə Ərəbistanını bu prosesdən uzaqlaşdırsınlar. Bu da yeni siyasi düzənin formalaşması ilə bağlı gərgin mübarizənin görüntüsüdür. Hər bir halda zaman keçdikcə baş verən hadisələrin nəticələri ilə daha yaxından tanış olacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - Yenilənib

Ən çox oxunanalar