Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ İranın 48 saat ərzində İsrailə zərbə endirmək planı barədə xəbərdarlıq edib...

İsrail hərbi hava qüvvələrinin Suriyadakı konsulluğuna hücumundan sonra İran yaxın 48 saat ərzində İsrailə cavab zərbəsi endirməyi planlaşdırır...

Poliqon "İsrailinfo" nəşrinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), ekspertlər və keçmiş Amerika rəsmiləri vəziyyətin mümkün gərginləşməsindən narahat olduqlarını bildiriblər.

MKİ zabiti Ralf Qoff İsrailin hərəkətlərinə təəccüb və qəzəbləndiyini ifadə edərək, onları ehtiyatsızlıq adlandırıb. O, ehtimal edir ki, İranın potensial hücumları ABŞ-ın bölgədəki hərbi qüvvələrinə də təsir edə bilər.

"Voxnews" xəbər verir ki, Tehran yüzlərlə pilotsuz uçuş aparatı və raketdən istifadə etməyə hazırlaşır. Eyni zamanda, İsrail əsgərləri döyüş hazırlığı vəziyyətindədir və hazırda bölgədə GPS siqnalı ilə bağlı problemlər mövcuddur.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Suriyadakı konsulluğuna hücuma BMT Təhlükəsizlik Şurasından adekvat cavab tələb edib. O, BMT-nin sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib. Hava hücumu QətərRusiya tərəfindən pislənib. İsrail Müdafiə Qüvvələri zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, İDF-nin sözçüsü Daniel Həcəri bildirib ki, bina konsulluq deyil, Dəməşqdə mülki bina kimi maskalanmış İran Qüds Qüvvələrinin hərbi binasıdır. İsrail rəsmiləri "The New York Times"a hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.

Zərbə zamanı binada iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı ölüv. "The New York Times" qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Daha sonra CNN məlumat yayıb ki, ABŞ İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsindən xəbəri olmayıb və bunda iştirak etməyib. Co Baydenin administrasiyası birbaşa İrana bildirib ki, Vaşinqtonun bundan xəbəri yoxdur. Telekanalın digər mənbələri bildiriblər ki, Ağ Evə Suriyadakı əməliyyat barədə İsrail təyyarələri artıq havada olarkən məlumat verilib və onların hədəfi məlum deyil.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında "Birləşmiş Ştatlar zərbədə iştirak etməyib və bu barədə əvvəlcədən məlumatımız yox idi" deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Ən çox oxunanalar