Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir-Türkiyə münasibətlərində yeni dönəm - Sular durulur?..

ABŞ və Rusiya kimi bölgənin əks-strateji oyunçularının da Ankara-Qahirə münasiblırinə normallaşma prosesinə necə yanaşacaqları maraq doğurur...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 mart 2021-ci il

Qahirə rəhbərliyinin Aralıq dənizindəki bəzi bağlamaların lisenziyalaşdırılması və türk maraqlarına həssaslıq göstərməsi, eyni zamanda, müdafiə naziri, xarici işlər naziri və prezident Ərdoğan tərəfindən Misirə göndərilən səmimi mesajlar iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlamasına işarə edir.

Xarici işlər naziri Çavuşoğlunun Qafqaza və türk respublikalarına etdiyi səfərlərdən sonra Qətərə getdi və Dohadan qayıtdarkən: “Misirlə diplomatik təmaslar başlayıb”, deməsi yalnız iki ölkədə deyil, Yaxın Şərq, Aralıq dənizi hövxəsi və ərəb ölkələrində də dalğalanmalara səbəb olub. Çünki belə bir inkişaf yuxarıda göstərilən bölgələrin hamısına təsir göstərən nəticələr doğura bilər. Ancaq əvvəlcə vəziyyəti tam başa düşməyə ehtiyac var.

Çavuşoğlunun açıqlamalarının əsas hissəsi belədir: “Misirdən heç bir ilkin şərt gəlmədi. Bizdən də hər hansı bir ilkin şərt irəli sürülməyib. Əlaqələrimiz illərdir qırıq vəziyyətdə olduğundan bir gündə heç nə olmamış kimi davranmaq o qədər də asan deyil. Yavaş-yavaş görüşərək, bir yol xəritəsini təyin edərək və bu mövzularda addımlar ataraq münasibətləri formalaşdırmaq mümkündür. İllər ərzində münasibətlər kəsildikcə, təbii ki, inamsızlıq yarandı. Bu səbəbdən, danışıqlar müəyyən bir strategiya və yol xəritəsi çərçivəsində davam edir. Kəşfiyyat və xarici işlər nazirlikləri səviyyəsində əlaqələrimiz var. Diplomatik təmaslarımız da başlayıb”.

Bu cümlələr iki ölkənin bir müddətdir fərqli istiqamətlərə baxan diplomatik münasibətlərinin irəlilədiyini açıq şəkildə göstərir.

Ancaq, görəsən, vəziyyət bizim qəbul etdiyimiz və anladığımız qədərdir? Çünki nazirin sözləri iki ölkənin anlaşmazlıqlarını həll edəcək bir masa ətrafında danışıqlara başlamaq mənasına gəlmir.

Prezident Ərdoğanın: “Misirlə kəşfiyyat, diplomatik və iqtisadi baxımdan iş birliyimiz onsuz da davam edir. Ən yüksək səviyyədə olmasa da, normal şəkildə davam edir. Bu prosesi Misirlə daha güclü şəkildə davam etdirməyimizi arzu edirik. Kəşfiyyat, diplomatik və siyasi danışıqlar nəticə verdikcə bunu daha da irəli apara bilərik“, açıqlamasının lazımi ünvana çatması, təbii olaraq, regionda hərəkətlənmələrə səbəb olur.

Misir cəbhəsindən gələnlərə də nəzər yetirək.

“Yaxınlaşma, normallaşma” açıqlamaları ilə yanaşı, Misirin anonim xarici işlər və ya kəşfiyyat nümayəndələri də bölgə mətbuatı və ölkə mediasına bəzi açıqlamalar veriblər. Ancaq Misirin xarici işlər naziri Semih Şükrünün bazar günü verdiyi cavabı xüsusilə qeyd etmək gərəkir:

“Türkiyə ilə əlaqələrin normallaşması Türkiyənin siyasətində həqiqi bir dəyişikliyin yaranmasından asılıdır. Türkiyə ilə diplomatik təmaslara başlanılıb. Normal diplomatik çərçivədən kənar bir əlaqə yoxdur. Türkiyənin xarici siyasətində Misirin bölgənin sabitləşməsi istiqamətindəki siyasətinə uyğun real dəyişiklik görsək, o zaman əlaqələrin normallaşmasına zəmin yarana bilər. Sözlər təkbaşına kifayət deyil, həm də tətbiqlərlə üst-üstə düşməlidir. Mövcud vəziyyət türk rəhbərliyinin Misirə qarşı çıxmasından qaynaqlanır”, misirli nazir vurğulayıb.

Şükrünün sözlərindən görünür ki, Türkiyə ilə diplomatik təmaslar başlasa da, bunların daha çox “danışıqlar” çərçivəsi vurğulanır. Bu da Çavuşoğlunun “yavaş-yavaş” sözünə uyğun gəlir. Fərq isə ondadır ki, proses yavaş olduğu qədər, çətin də olacaq.

Nazirə və Misir mediasına baxanda Qahirənin prosesi sürətləndirmək və asanlaşdırmaq üçün həyəcanlandığını deyə bilmərik. Üstəlik, Misirin gözlədiyi kimi, Ankaranın xarici siyasət praktikasında Misir siyasətinə uyğun bir dəyişikliyin olub-olmayacağı və bunun Misirin hədəflərinə uyğun gəlib-gəlmyəcəyi də müəyyən anlaşmazlıqlar yarada bilər.

Misirin Yunanıstan-Cənubi Kipr qrupu, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ ilə qurduğu ortaqlığın hədəfləri ilə bağlı Ankaradan hansı fədakarlığı gözləyə biləcəyi də mübahisəlidir. Bunlar əlaqələrin inkişafın hələ erkən mərhələdə olduğumuzu göstərir.

ABŞRusiya kimi bölgənin əks-strateji oyunçularının da bu normallaşma prosesinə necə yanaşacaqları maraq doğurur. ABŞ-ın bu addımlara yol verməsi və ya Rusiyanın tezliklə qərar verib, öz mövqeyini dəqiqləşdirməsi qısa zamanda mümkün görünmür.

Burada Misirin ABŞ-ın kuklası olduğunu nəzərə alaraq, Vaşinqtonun mövcud vəziyyəti dəstəkləndiyini də düşünə bilmərik. Lakin Misir hələ də bənzərsiz reflekslərə sahib bir ölkədir.

Qarşılıqlı açıqlamalardan sonra, Türkiyənin AB, Yunanıstan və İsrailə verdiyi: “Aralıq dənizinin şərq hissəsində aparılan işlərdə bizim icazəmizə ehtiyac var”, mesajı da mövcud gündəmdən kənarda deyil. Bu, eynilə Suriyada rusların atdığı raketlərin SMO hədəflərini vurmasından sonra Putinin Baydenə göndərdiyi “dəvət”ə bənzəyir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar