Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minimum əməkhaqqı və pensiya 500 manat olacaq?

Qardaş Türkiyədə minimum əməkhaqqı 30 faiz artırılaraq 5500 lirəyə (534 manat) çatdırılıb. İlin sonunda minimum əməkhaqqı ilə bağlı məsələyə yenidən baxılacağı açıqlanıb. Türkiyə ilə yanaşı, Azərbaycanda da minimum əmək haqqı və pensiyalar müşahidə olunan bahalaşmaya adekvat hesab olunmur.

Əksəriyyət minimum pensiya və maaşların minimum 500 manata çatdırılmasını təklif edir.

PİA.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bahalaşmanın olduğunu və sürətlə getdiyini təsdiqləyib. Deputat qeyd edib ki, ilkin olaraq təqaüd və maaşların nə qədər artırılacağı ilə bağlı hesablamalar aparılmalıdır:

“Bu səbəbdən konkret məbləğ səsləndirmək düzgün deyil. Kimsə 400 manat olmasını, kimsə 500 manat olmasını istəyər. Amma realda nə qədər artıma ehtiyac olması araşdırılmalıdır. Bütövlükdə artıma ehtiyac olduğu göz qabağındadır. Çünki ölkədə ciddi qiymət artımı gedir. Bu səbəbdən əmək haqlarına, müavinətlərə, pensiya məsələlərinə yenidən baxmaq lazımdır”.

Parlamentari hökumətin artıma getmək üçün kifayət qədər vəsaiti olduğunu vurğulayıb:

“İnflyasiya kifayət qədər yüksək olduğu üçün bu məsələlər gündəmdə olmalıdır. İnsanlar bəzi hallarda gündəlik tələbat malları, dərman almağa çətinlik çəkir. Bu məsələləri tənzimləmək lazımdır”.

Bundna əlavə, deputat maaş və pensiyalara yenidən baxıla biləcəyini istisna etməyib. (modern.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib

“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay