Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur Hollivud ulduzu xanımına qarşı məhkəmədə qalib gəldi

Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmədə mühüm qələbə qazanıb

68 yaşlı aktyor Santa Barbarada baş tutmuş məhkəmə prosesinin nəticələrinə əsasən uşaqlar - 16 yaşlı Kayden, 14 yaşlı Heyz və 13 yaşlı Qreys üçün ayda 63 209 dollar alimentin ödənilməsi təyin edilib.

Poliqon.info oxu.az-a istinadən xəbər verir ki, iyul ayında ilkin dinləmə çərçivəsində məhkəmə aylıq 129 755 dollar ödəməyi Kevin Kostnerin öhdəsinə qoyub. Daha sonra 49 yaşlı Kristin Baumqartner "uşaqların öyrəşdiyi həyat tərzinin təmin edilməsi zərurətini" əsas gətirərək bu məbləğin 175 057 dollara çatdırılması üçün sorğu ilə müraciət edib.

Kevin Kostner özü bildirib ki, keçmiş arvadı pulun əsas hissəsini uşaqlara deyil, özünə, o cümlədən bahalı alış-verişə xərcləyir.

"Mən məhkəmənin məni uşaqlarımın və Kristinanın ehtiyaclarından artıq olan aliment ödəməyə məcbur etdiyinə görə narahatam" -, deyə aktyor cümə günü məhkəmədə təqsirləndirilən şəxs qismində çıxışında bildirib.

Öz növbəsində, Kristin Kevin Kostnerin 145 milyon dollarlıq malikanəsini nəzərdə tutaraq, təkidlə "uşaqların okeana çox bağlı olduqlarını və sörf avadanlıqlarının sudan cəmi 50 addım məsafədə olmasına öyrəşdiklərini" bildirib.

Boşanmanın təşəbbüskarı 2023-cü ilin mayında məhkəməyə müvafiq ərizə ilə müraciət edən Kristin olub. Lakin o, uzun müddət münasib ev tapmaq lazım olduğunu əsas gətirərək ərinin evindən çıxmaqdan imtina edib. O, daha əvvəl malikanənin ərazisində daha kiçik bir evdə yaşayıb, sonra ayda 40 min dollara kirayə verilən evə köçüb.

Poliqon.info 


 
 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay