Merve Boluğurun Mert Aydınla 44 gün sonra bitən evliliyi maraq doğurmağa davam edir...
PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük Beykoz Ədliyyəsində 5 dəqiqə ərzində davam edən məhkəmə ilə yollarını rəsmən ayırıb.
Xatırlayaq ki, məşhur aktrisa oktyabrın 2-də ailə qurduğu Mert Aydınla nigah bağladıqdan 44 gün sonra boşanmaq qərarına gəlib.
Ancaq Boluğur sosial media hesabından ayrılıqla bağlı: “Olmadı, təşəkkür edirəm, həyat budur. Merte də xoşbəxtlik arzu edirəm, gözəl günlərimiz üçün təşəkkürlər”, deyib. Bu açıqlamadan sonra vəkilləri vasitəsilə boşanma prosesinə başlayan məşhur cütlük 2 gün öncə Beykoz Ədliyyəsində hakim qarşısına çıxıb.
Məhkəməyə atası ilə birlikdə gələn Merve Boluğur jurnalistlərə: “Yanımda atam var, xahiş edirəm, sual verməyin, narahatdır”, deyərək sualları cavabsız qoyub.
Vəkili ilə məhkəməni tərk edən Mert Aydın isə: “Olmadı. Davam etdirə bilmədik, hər şey üçün Merveyə çox təşəkkür edirəm”, deyib.
Qeyd edək ki, Merve Boluğur sosial şəbəkədə psixi sağlamlığı və keçmiş həyat yoldaşı ilə bağlı yazılan şərhlərə üsyan edib:
“Məlumatınız olsun ki, haqqımda yazılan ruhi sağlamlıq şərhləri ilə təcavüzü, qadına şiddəti və öz bədbəxtliyini qusan klaviatura oğlanlarını bundan sonra məhkəməyə verəcəyə. Həmçinin, keçmiş həyat yoldaşımdan danışan bütün köşə yazarlarını da... Bu adamlar illərdir üstümə gəlir, bəsdir artıq. Əxlaqınızla iş görün”.
pia.az