Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkelin Azərbaycana səfəri əlaqələrin inkişafına böyük təkan verəcək

Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına böyük təkan verəcək

Bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov Almaniyanın Avropada iqtisadi güc mərkəzi olduğunu vurğulayıb:

"Bu baxımdan Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün olduqca faydalıdır. Hesab edirəm ki, bu səfər, həmçinin yeni investisiya imkanlarına yol açır. Bildiyiniz kimi, Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına maraq göstərir. Əlbəttə ki, Almaniya Avropaya enerji resursları tədarükünün marşrutlarını və mənbələrini şaxələndirməyə çalışır. Yəqin ki, səfər çərçivəsində bu istiqamətdə də müzakirələr aparılacaq və Azərbaycanın enerji resurslarının nəqli sahəsində həyata keçirdiyi layihəyə maraq daha da artacaq".

Millət vəkili qeyd edib ki, siyasi baxımdan da A.Merkelin Azərbaycana səfəri ölkəmiz üçün əhəmiyyətlidir:

"İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyi bir daha Kanslerin diqqətinə çatdırılacaq. Almaniya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hesab edirəm ki, Berlin bu dəfə də Bakıya dəstəyini nümayiş etdirəcək, bu da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Almaniya Avropa İttifaqının ən fəal üzvlərindən biri olduğu üçün bu səfər eyni zamanda Azərbaycanla Aİ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ümumilikdə səfərin hər iki ölkə üçün faydalı olacağını düşünürəm".

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar