Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Rusiyanın Cənubi Qafqazdakı rolunu destruktiv adlandırıb - Paris nəyə can atır?..

Makronun bu bəyanatı Fransanın Cənubi Qafqazla bağlı hansısa planından xəbər verirmi?..

Politoloq: “Makronun bu bəyanatı Fransanın Cənubi Qafqazla bağlı planlarından xəbər verir”.

“Fransa da vaxtilə bölgədə Rusiya ilə birlikdə vasitəçiolub. Onda Fransanın da fəlaiyyət konstruktiv olub?”.

Bu sözləri politoloq İlqar Vəlizadə Fransa prezidentinin Rusiya haqqında dediklərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Cənubi Qafqazadakı rolunu destruktiv adlandırıb. Bilirik ki, Fransa son 30 il müddətində Cənubi Qafqazda Rusiya ilə Minsk qrupu çərçivəsində əməkdaşlıq edib. Hazırkı vəziyyətdə Makronun Rusiyanın destruktiv rolu haqqında dedikləri nədən xəbər verir? Makronun bu bəyanatı Fransanın Cənubi Qafqazla bağlı hansısa planından xəbər verirmi?

Makronun yeni Cənubi Qafqaz planını Poliqon.info-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan Fransanın əlində alətə çevrilib. Buna görə də Fransa tədricən istədiklərinə nail olur”.

Pis, yaxşı Rusiyanın vasitəçiliyi ilə ikitərəfli sazişin bağlandığını və tərəflərin müəyyən şərtləri qəbul etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında Fransanın bölgə üçün nə etdiyini sual edib:

“Makronun bu bəyanatı Fransanın Cənubi Qafqazla bağlı planlarından xəbər verir. Fransa Rusiyanı regionda sıxışdırmaq istəyir. Buna görə də Fransa Ermənistan rəhbərliyindən məharətlə istifadə edir. Demək olar ki, indi Ermənistan Fransanın əlində alətə çevrilib. Buna görə də Fransa tədricən istədiklərinə nail olur. Fransa jandarmının bölgəyə gətirilməsi, eyni zamanda Avropa İttifaqının missiyasının Ermənistanda gətirilməsi ilə Fransa istədiklərini həyata keçirmək istəyir.

Bildiyimiz kimi Fransa da vaxtilə bölgədə Rusiya ilə birlikdə moderator olub. Onda Fransanın da fəlaiyyət konstruktiv olub? Sual olunur bu müddətə Paris nəyə nail ola bildi. Pis, yaxşı Rusiyanın vasitəçiliyi ilə ikitərəfli saziş bağlanılıb və tərəflər müəyyən şərtləri qəbul ediblər. Bəs Fransa bölgə üçün nə edib? Əslində Makron bu sualın cavabını çox yaxşı bilir.

Boş niyyətləri dilə gətirməklə real vəziyyəti dəyişdirmək olmur. Digər tərəfdən də Fransanın xoş niyyətləri arasında Parisin şəxsi maraqları dayanır. Fransa öz şəxsi nüfuzunu artırmaqdan başqa heç nə fikirləşmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Ən çox oxunanalar