Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

lll “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub

Oktyabrın 8-dən 11-dək keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib...

"Report" xəbər verir ki, bağlanış və mükafatlandırma mərasimində Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, türk dünyasının tanınmış sənət adamları, rəsmi şəxslər. ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edib.

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşıb.

Mükafatlandırma mərasimini TÜRKSOY-un baş katibi Sultan Raev açıb.

O, festivalın uğurlu təşkilinə görə minnətdarlıq edib.

Sonra mükafatlandırma hissəsi başlayıb.

Əvvəlcə festivalın fəxri mükafatları təqdim edilib.

Sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

Ən yaxşı aktyor nominasiyası üzrə - “Qızıl alma” filmindəki roluna görə Ahmet Amandurdiyev (Türkmənistan);

Ən yaxşı aktrisa nominasiyası üzrə - “Məryəm” filmindəki roluna görə, Təhminə Rafaella (Azərbaycan);

Ən yaxşı ssenari nominasiyası üzrə -

“Abdulla Oripov” (Özbəkistan);

Ən yaxşı rejissor nominasiyası üzrə - rejissoru Zhuraeva Asel Talibzhanova olan "Tanrıverdi" filmi (Qırğızıstan);

Ən yaxşı bədii film nominasıyası üzrə – Ahmet Sönmezin "Yıldız tozu" filmi (Türkiyə);

Sənədli filmlər üzrə isə 3 qalib müəyyənləşib:

"Mənim dairəm" (Özbəkistan);

"Arqau" (Qazaxıstan);

"Sonuncu" (Azərbaycan).

Mükafatlandırmanın ardından tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə vermək olub.

2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Ən çox oxunanalar