Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviya BOK-un Rusiya qərarını təhqir adlandırıb

Latviyanın təhsil və elm naziri Anda Çakşa özünün X sosial şəbəkəsindəki səhifəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına icazə vermək qərarına reaksiya verib...

Poliqon xəbər verir ki, nazir bunun digər ölkələrin idmançılarına təhqir olduğunu bildirib.

"Mən BOK-un qərarını qınayıram, çünki bu, idmançıları və idmanın ən ali məqsədi olan ədalətli mübarizəni təhqir edir. Ona görə də gəlin ukraynalılar və insan nailiyyətlərinə hörmət edən və siyasi motivli olmayan Olimpiya Oyunlarına layiq bütün idmançılar adından ədalətin bərqərar olması üçün əlimizdən gələni edək", deyə latviyalı nazir qeyd edib.

Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarına 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.

BOK bildirib ki, Rusiya idmançılarından Olimpiya Xartiyasına, o cümlədən "Olimpiya hərəkatının dinc missiyasına" hörmət etmək öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq. Öz idman növlərində vəsiqə qazana bilən rusiyalı idmançılar yarışa buraxılacaqlar.

2022-ci ildə Ukraynada müharibənin başlaması fonunda Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax beynəlxalq federasiyalara rusiyalı idmançıları beynəlxalq yarışlardan kənarlaşdırmağı tövsiyə edib. 25 yanvar 2023-cü ildə BOK müharibəyə dəstək ifadə etməyən rusiyalı idmançıların neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə verilməsi imkanını nəzərdən keçirdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Ən çox oxunanalar