Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı artırılıb

Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı artırılaraq, ümumilikdə 150 baş heyvana çatdırılıb...

Bunu "Report"un Laçına ezam olunmuş əməkdaşına mərkəzin sahə nəzarətçisi Əli Cəmilzadə deyib.

Onun sözlərinə görə, mərkəzdə hazırda 48 keçi, 102 qoyun var:

"Keçilərdə Fransa, Rusiya, Suriya cinsləri üstünlük təşkil edir. Qoyunlarda isə Fransa, Rusiya, Cənubi Afrika cinsləri üstünlük təşkil edir. Seleksiya mərkəzi xarici növ heyvan cinslərinin bu mühitə uyğunlaşdırılması və artırılması məqsədi daşıyır. Mərkəzin ötən ilin avqustunda açılışı edilib və həmin vaxt 31 keçi, 72 qoyun gətirilmişdi. Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər olunur. Amma onları otlaq sahəsinə buraxa bilmərik. Çünki onların qidalanmasına, hansı otun və yemin verildiyinə diqqət edilməlidir".

O bildirib ki, artım sayı müəyyən bir həddə çatdırıldıqdan sonra heyvanların əraziyə buraxılması, fermerlərə verilməsi və s. məsələlər həyata keçiriləcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ən çox oxunanalar