Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə qəzada iki hərbçi həyatını itirib - Foto, Video, Yenilənib

Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Kürdəmir rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.

***

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay