Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

“Ən yaxşı yolu həmin anda etiraz əlaməti olaraq festivalı yarıda qoyub vətənə dönmək idi”.

Hər bir azərbaycanlıya məlumdur ki, Rusiyada təşkil olunan festivalda Azərbaycan komandasının “Şuşa” adı dəyişdirilib. Bu da heç də yaxşı olmayan hadisələrə start verilməsindən xəbər verir.

Bu barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova da öz Facebook səhvəsində yazı yazıb. Müasir Müsavat Partiyasının sədr müavini hadisəni kəskin pisləyib və öz reaksiyasını bildirib.

PİA.az Könül İsmayılovanın statusunu təqdim edir:

Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Şən və Hazırcavablar Klubu, “KVN” adlandırdığımız yarışda iştirak edən “Şuşa” adlı Azərbaycan komandası adını dəyişdirib. “KVN” komandası məhz Aleksandr Maslyakovun tələbi ilə bu addımı atıb. Yəni ermənilərin narazılığı ilə yarış rəhbərliyi Azərbaycan komandasına adını dəyişməyi təklif edib. Bundan sonra komandaya “Şuşa” yox, “Buta” adı verilib.

Bu xəbər hər bir azərbaycanlıda hiddət doğuran xəbər oldu. Düşünürəm ki, həmin tədbir yersiz  və Azərbaycanın bu gün ki imicinə mənfi çalarlar qatan bir hadisədir. Belə ki, güclü dövlətin ərazisi olan Şuşa şəhərinin festivalda adının dəyişdirilməsi qətiyyən yol verilməz haldır. Bu 44 günlük müharibədə qan bahasına qazandıgımız qələbəyə kölgə salmaqdır. Həmin tədbirin təşkilatçıları üçün utanc verici hadisədir. Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir. Bu hadisəni pisləyirəm. Ən yaxşı yolu həmin anda etiraz əlaməti olaraq festivalı yarıda qoyub vətənə dönmək idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar