Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri: Azərbaycanda 3000 manat əməkhaqqı alan müəllimlər var

Hazırda Azərbaycanda 1500, 2500 və 3000 manat əməkhaqqı alan müəllimlər var...

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin martın 6-da keçirilən iclasında deyib.

O bildirib ki, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir və bu, stimullaşdırıcı tədbirdir: “Təhsilverənlərin öz üzərilərində çalışmaları, bilik, bacarıq və səriştələrini artırmaları önəmlidir. Digər tərəfdən bu, onların əməkhaqlarının artmasına təsir göstərir”.

B.Əliyev söyləyib ki, kim sertifikasiya imtahanında yüksək bal toplayırsa, onların əməkhaqlarına əlavələr olur: “Bu da 2026-cı ildən müəllimlərimizin minimum əməkhaqlarının təxminən 1 000 manatdan yuxarı olacağını deməyə əsas verir. Misal olaraq, bu gün 1500, 2500 və 3000 manat əməkhaqqı alan təhsilverənlərimiz var. Burada söhbət ümumi təhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay