Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç Moskvanı Quranın yandırılması ilə bağlı saxta məlumatlar yaymaqda ittiham edib...

RT və “Sputnik” İsveç hökumətinin Quranın yandırılmasını dəstəklədiyini iddia edən ərəb dilində bir sıra məqalələr dərc ediblər...

Poliqon xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinə daxil olan Psixoloji Müdafiə Agentliyi məlumat yayıb.

“Beləliklə, Moskva İsveçin NATO-ya daxil olmasına mane olmağa çalışır”, deyə Psixoloji Müdafiə Agentliyinin hesabatında deyilir.

“İyun ayından bu yana RT və “Sputnik”də ərəb dilində bir neçə yazı dərc olunub. Rusların ərəbdilli insanlara nə çatdırmaq istədikləri aydındır”, deyə Agentliyin sözçüsü Mikael Ostlund bildirib.

Stokholmda kampaniyanın Kreml tərəfindən təsdiqləndiyi güman edilir. Agentliyin məlumatına görə, RT və “Sputnik”də dərc olunduqdan sonra sosial şəbəkələrdə də Stokholmun Quranın yandırılmasını dəstəklədiyinə dair ərəb və digər dillərdə bir milyona yaxın yazı peyda olub.

“İnsanlar İsveçin Quranın yandırılmasını dəstəklədiyi və İsveçin islamafobiya ölkəsi olduğu və İslama düşmən olduğu barədə xəbərləri alırlar” deyə Ostlund Rusiyanın İsveçin NATO-ya qoşulmasını çətinləşdirə biləcək əsasız iddialardan istifadə etdiyini bildirib.

Rusiya Qərb dəyərlərinin yalan olduğu və Qərbin tənəzzülə uğradığı ideyası ətrafında qurulan təbliğatında mütləq Quranın yandırılmasından istifadə etməyə çalışır. Bəzi KİV-lərdə Quranın yandırılması liberal Qərb dünyasının həddən artıq irəli getdiyinin sübutu kimi istifadə olunub”, deyə Kopenhagen Universitetinin Rusiya təbliğatını və dezinformasiyasını araşdıran tədqiqatçı Valentina Şapovalova bildirib.

Şapovalova qeyd edib ki, Rusiya artıq NATO-nun üzvü olan Danimarkada baş verən oxşar hadisələrdən İsveçdə baş verənlərlə eyni şəkildə təbliğat kampaniyaları aparmaq üçün istifadə etməyib.

Malmö Universitetinin tədqiqatçısı Maria Brok, “Reddit” platformasına bənzər bir forum olan “Flashback”də daxil olmaqla, İsveç sosial mediasında Rusiya dezinformasiyasının geniş yayıldığını söyləyib. Onun sözlərinə görə, Rusiya mətbuatının tez-tez yaydığı “rəvayətlər” müsəlmanlara qarşı neqativ əhval-ruhiyyəni yaymaq üçün istifadə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay