Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstirahət mərkəzləri ilə bağlı məhdudiyyət tətbiq edilir

İyunun 14-16-da Azərbaycanın 4 şəhər və 5 rayonunda tətbiq edilən küçəyə çıxma qadağası həmin ərazilərdə yaşayan insanların başqa regionlara üz tutmasına səbəb oldu...

İyunun 16-da Bakının Astara, Quba və Şamaxı istiqamətindən girişlərində yaranan bir neçə kilometrlik tıxaclar da bunun sübutu oldu. Həmin günlərdə insanların istirahət üçün getdikləri rayonlarda sıxlıq yaşandı.

Artıq bu sıxlığın qarşısını almaq üçün bəzi rayonların istirahət zonalarında məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Onlardan biri də Masallı rayonunda yerləşən “İsti su” istirahət və müalicə mərkəzidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, qeyd edilən ərazidə bəzi məhdudiyyətlərin tətbiq edilməsi qərarı ilə bağlı polis əməkdaşları xidmət aparır: “Həmin əraziyə müalicə üçün gələn şəxslərə heç bir məhdudiyyət yoxdur. İstirahət etmək üçün gələnlərin sayına nəzarət olunur ki, istirahət mərkəzinə tutumundan çox insan daxil olmasın və ərazidə sıxlıq yaranmasın. Həmçinin, yoluxma sayının yüksək olduğu rayon və şəhərlərdən gələnlər də diqqətdə saxlanılır ki, digər şəxslərlə sıx ünsiyyətdə olmasınlar”.(Qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay