Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail HƏMAS-la münaqişəyə nə qədər pul xərcləyib?

İsrail Mərkəzi Bankı Fələstinin HƏMAS hərəkatı ilə münaqişənin maliyyə xərclərini 198 milyard şekel (təxminən 53 milyard dollar) qiymətləndirib...

Poliqon xəbər verir ki, bu barədə ölkənin maliyyə tənzimləyicisinin rəsmi saytındakı hesabatında deyilir.

Eyni zamanda, İsrail Mərkəzi Bankı qeyd edib ki, bu məbləğin 107 milyard şekeli müdafiə xərclərinin payına düşür. Bu da təqribən 28,8 milyard dollara bərabərdir. Pulun qalan hissəsi birbaşa və ya dolayı zərərə, mülki xərclərə, əhaliyə ödənişlərə gedir.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan etdikdən sonra minlərlə yaraqlının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin “Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan edilib və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edib. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə verilib. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də işə başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar