Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbərə 180 manat pensiya təyin olunması ilə bağlı rəsmi açıqlama 

əbər verdiyimiz kimi, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan "Qafqazinfo"ya açıqlama verilib.

"İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinətin təyin edilməsi ilə bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.

İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.

Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub", - açıqlamada deyilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay