Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Yunanıstana nota verib - Yenilənib

İran Yunanıstana nota verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Yunanıstanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında yük gəmisinin ələ keçirilməsindən sonra bu gün Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Etiraz notasında İran İslam Respublikasının bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu bildirilib. Bildirilib ki, bu məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür:

İran İslam Respublikası üzərinə düşən hüquqi prosedurları yerinə yetirr və Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir.”

***

İranın Limanlar və Dənizçilik Təşkilatı Yunanıstanın İran bayrağını daşıyan gəmini saxlamaq və onun yükünü ələ keçirmək barədə hərəkətinə münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, təşkilat bu addımın dəniz quldurluğu olduğunu bildirib.

Bildirilib ki, şəxsi heyətin və gəminin təhlükəsizliyini qorumaq üçün nəqliyyat vasitəsi Yunanıstan sahillərinə sığınıb.

Bəyanatda Yunanıstan hökuməti dərhal beynəlxalq öhdəliklərə dərhal əməl edilməyə çağırılıb.

Təşkilat İran İslam Respublikası bayrağı altında gəminin Yunanıstan hökuməti tərəfindən sahillərində dayandırıldığını və yükünün məhkəmə qərarı və ABŞ hökumətinin koordinasiyası ilə ələ keçirildiyini bildirib:

“Gəmi personalın və özünün təhlükəsizliyini qorumaq üçün sahilə çıxıb. Yunanıstan hökuməti təəssüf ki, gəmi ilə heç bir əməkdaşlıq və yardım etməyib. Hərbiçilər yükləri təxliyə edib ki, bu da piratçılığın bariz nümunəsidir”.

Bəyanatda gəminin əlverişsiz hava şəraiti ilə üzləşdiyi bildirilib.

“Beynəlxalq və texniki qaydalara və standartlara görə, təhlükəsiz vəziyyətdə olan, köməyə ehtiyacı olan gəmilər sahilə yaxın olan ölkə tərəfindən təhlükəsiz limana köçürülməli, ardınca təmir işləri aparılmalı və təhlükə aradan qaldırıldıqdan sonra yoluna davam etdirilməlidir. İran Limanlar Təşkilatı dünən gecədən etibarən məhkəmənin hökmü olduğununu iddia edərək gəminin yükünün müsadirə edildiyini, amerikalıların gəminin yükünü boşaltdığını qeyd edərək, Yunanıstan hökumətini bu hərəkətinə son qoymağa çağırıb”,- deyə bəyanatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Ən çox oxunanalar