Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran yeni COVİD dalğasının yeni “yamacında”...

İranda COVİD epidemiyasının doqquzuncu dalğası ehtimalı: Bir gündə qurbanların sayı 42-yə çatıb…

İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronovirusun yenidən ortaya çıxması ehtimalı həyəcanverici həddə çatıb və təkcə bazar günü koronavirusdan 42 nəfər dünyasını dəyişib.

Poliqon xəbər verir ki, bu barədə BBC-nin fars xidmətinin məlumatında bildirilib.

Bazar ertəsi statistik məlumatlar da göstərir ki, 940 yeni xəstə aşkarlanıb və 497 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda İranın 18 şəhəri qırmızı, 76 şəhər narıncı, 227 şəhər sarı, 127 şəhər mavi statusdadır, deyə məlumatda bildirilir.

İran Səhiyyə Nazirliyinin tibb direktorunun müavini Səid Kərimi İranda koronovirusa yoluxmaların sayının artmasının 1.5 XBB subştammından qaynaqlandığını düşünür və bildirir ki, bu altştamm Omicron ştammı kolleksiyasındandır və daha əvvəl də İranda rast gəlinib.

İranda səhiyyə rəsmiləri insanlara gigiyena prinsiplərinə diqqətlə riayət etməyi və korona vaksininin xatırladıcı dozasını qəbul etməyi tövsiyə edib.

İran səhiyyə nazirinin müavini Hüseyn Fərşidi deyib ki, koronaya qarşı peyvəndin zərurui dozasını vurmaq, sağlamlıq qaydalarına riayət etmək, insanların sıx olduğu və qapalı yerlərdə maskadan istifadə etmək lazımdır.

“İndi biz yeni korona dalğasının yumşaq yamacındayıq və sağlamlıq prinsiplərinə laqeyd yanaşsaq, doqquzuncu zirvəni görə bilərik”, deyə Hüseyn Fərşidinin müraciətində deyilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ən çox oxunanalar