Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

İranAzərbaycan arasında magistral avtomobil yollarında sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdə İranAzərbaycan arasında magistral yollarda yük və sərnişin daşımalarına dair iclas keçirilib.

Nazir Rəşad Nəbiyev AİB-in Azərbaycan üzrə direktoru ilə görüşüb
Azərbaycanda dəniz nəqliyyatı ilə bu il 2 mln. tona yaxın yük daşınıb
Bakıda qeyri-iş günlərində 42 min kv. metr sahədə təmir işləri aparılıb
Hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən ikigünlük iclasda avtomagistral yollarda beynəlxalq konvensiyaların tələblərinin icrası, Naxçıvan da daxil olmaqla, iki ölkənin giriş və çıxış nöqtələrində alınan rüsumlar və digər ümumi texniki məsələlər müzakirə olunub.

İclasın sonunda iki ölkə arasında magistral yollarda sərnişin və yük daşımaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən, Novruz bayramı günlərində, Məhərrəmlik ayında və yay fəslində səfərlərin sayının artması fonunda sərhəd-keçid məntəqələrindən sərnişinlərin gediş-gəlişi asanlaşdırılacaq.

Azərbaycan tərəfi həmçinin təklif edib ki, Bakı, Naxçıvan və əks istiqamətə davamlı sərnişin avtobus xətti səhiyyə protokollarına əməl edilərək yenidən bərpa olunsun.

İran tərəfi, öz növbəsində, elan edib ki, koronavirus şəraitinə görə aidiyyəti qurumlarla Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi üçün imkanın yaradılmasına dair danışıqlar aparılıb, Azərbaycan tərəfinə bu haqda məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Ən çox oxunanalar