Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnflyasiya ilə bağlı statistika reallığı əks etdirirmi?

Ekspert: “İnflyasiya məsələsi Mərkəzi Bank və Dövlət Statistika Komitəsinin elan etdiyi proqnozdan daha yüksəkdir”

“Monitorinq və müşahidələr göstərir ki, qiymət artımları var. Mərkəzi Bankın 2.7%-lik inflyasiya bəyan etməsinə baxmayaraq, reallıqda inflyasiya səviyyəsi daha yüksəkdir”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda illik inflyasiyanın 2,7%-ə düşməsini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən illə müqayisədə Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2018-ci ilin yanvar-avqust aylarında inflyasiya 2,7% həddində olub. Belə ki, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2% artıb. Ərzaq məhsulları 2,7%, qeyri-ərzaq malları 3,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,4% bahalaşıb.

Qeyd edək ki, daha əvvəl Mərkəzi Bankda 2018-ci ilin yanvar-avqust aylarında inflyasiya 2,7% həddində olduğunu bəyan etmişdi. Öz-özlüyündə isə bu statistik rəqəm şübhə doğurmaya bilmir. Çünki istehlak bazarında ötən illə müqayisədə ciddi qiymət artımı müşahidə olunub. Təkcə ictimai nəqliyyatda qiymətlər 50 faiz artıb və bu da təbii ki, xidmət sahəsində inflyasiyaya ciddi təsir edib. Mövsümün əvvəlində isə tərəvəz məhsulları kifayət qədər yüksək olub. Bundan başqa ət və toyuq məhsullarında da qiymət artımı müşahidə olunub.

Ötən illə müqayisədə Azərbaycanda iqtisadi artımı və Ümumi Daxili Məhsul (ÜDM) artımı Statistika Komitəsinin elan etdiyi 2,7%-lik inflyasiyaya uyğun gəlirmi? Və artan qiymətlər fonunda Dövlət Statistika Komitəsinin məlum statistikası nə qədər reallığa uyğundur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikirlərini öyrənib.

Vüqar Bayramov: “İstehlak bazarında qiymət artımı və infilyasiya səviyyəsi birrəqəmli olsa da, 2.7% kifayət qədər aşağıdır”.

Statistika Komitəsinin ÜDM-lə bağlı hesabatının reallığı əks etdirdiyini vurğulayan iqtisadçı Vüqar Bayramova görə, inflyasiya məsələsində isə Statistika Komitəsinin açıqladığı rəqəmlər reallığı əks etdirmir:

“ÜDM artımın hesablanması Statistika Komitəsi tərəfindən aparılır və beynəlxalq qurumlar da Statistika Komitəsinin hesabatından istifadə edir. Bu baxımdan ÜDM-lə bağlı artımın real olduğunu düşünürəm. Çünki beynəlxalq qurumların proqnozları ilə Statistika Komitəsinin proqnozları üst-üstə düşür. O cümlədən, beynəlxalq maliyyə qurumları 2018-ci ildə Azərbaycanda ÜDM-də artımın müşahidə olunacağını proqnozlaşdırmışdılar.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hesab edirəm ki, inflyasiya məsələsi Mərkəzi Bank və Dövlət Statistika Komitəsinin elan etdiyi proqnozdan daha yüksəkdir. Çünki monitorinq və müşahidələr göstərir ki, qiymət artımları var. Mərkəzi Bankın 2.7%-lik inflyasiya bəyan etməsinə baxmayaraq, reallıqda inflyasiya səviyyəsi daha yüksəkdir.

İstehlak bazarında qiymət artımı və inflyasiya səviyyəsi birrəqəmli olsa da, 2.7% kifayət qədər aşağıdır. İstehlak bazarında və ümumilikdə qiymət siyasətində dəyişiklik müşahidə olunur. İstehlak bazarında Mərkəzi Bankın elan etdiyindən daha çox qiymət artımları baş verir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar